Daxili orqanında heroin gizlətdi, xəstəxanada ifşa olundu

Biləsuvar gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib.

Vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən, narkotik vasitə, psixotrop maddələrin olmadığını deyib.

Daha sonra daxili orqanlarında da narkotik vasitə gizlətdiyi ehtimalı yarandığından vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Müayinə zamanı onun daxili orqanı - düz bağırsağında yapışqanlı lentlə sarılan bir ədəd bükümdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 25 qram olan heroin aşkarlanıb.