Rusiya Venesuelaya 2018-ci ilin mayından 2019-cu ilin aprelinə qədər 315 milyon dollar nağd pul göndərib.
Axar.az xəbər verir ki, bu məlumatı “Blomberq” agentliyi yayıb.
Pullar Venesuelaya ümumilikdə 6 dəfə daşınıb. Agentlik Karakasa göndərilən pulların Rusiya hökumətinə bağlı kreditorlardan alındığını yazıb.
Pulların noyabr, yanvar və may aylarında göndərildiyi vurğulanıb.