ABŞ Senatı Strateji Komandanlığın başçısı vəzifəsinə vitse-admiral Çarlz Riçardın namizədliyini təsdiq edib. Bu barədə "The Hill" qəzeti bildirib.
Çarlz Riçard bir müddət əvvəl Strateji Komandanlığın sədr müavini vəzifəsini icra edib. Amma 2018-ci ildə ABŞ-ın sualtı donanmasına başçılıq edib.
O, yeni vəzifədə Con Hayteni əvəz edəcək. Sonuncu Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədr müavini seçilib.