ABŞ Ermənistana 2 milyard dollardan çox təmənnasız pul ayırıb

ABŞ hökuməti 2019-cu ildə Ermənistana 60 milyon dollar məbləğində yardım ayırıb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu 2018-ci illə müqayisədə 40% çoxdur.

ABŞ səfirliyinin məlumatına görə maliyyələşdirmə korrupsiya ilə mübarizə, demokratiyanın inkişafı, təhlükəsizlik, energetika, təhsil və insan haqları sahəsinə ayrılıb.

1992-ci ildən ABŞ Ermənistana 2 milyard dollardan çox təmənnasız yardım ayırıb.