Tanınmış həkimə nazirlikdə vəzifə verildi

Səhiyyə Nazirliyində yeni təyinat olub.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan səhiyyə nazirinin əmri ilə Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə baş mütəxəssisi təyin olunub.