Azərbaycanlı Rusiyada məsuliyyətə cəlb edildi - SƏBƏB

Yol polisi əməkdaşına rüşvət verməkdə ittiham olunan Azərbaycan vətəndaşının işi məhkəməyə verilib.

Lent.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Orenburq prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, 2017-ci ilin sentyabrında yol polisinin saxladığı şəxs cəzadan yayınmaq üçün 500 rubl (13 manat) məbləğində rüşvət təklif edib. Lakin müfəttiş puldan imtina edib və həmin şəxs rüşvət ittihamı ilə istintaqa cəlb edilib.

Xatırladaq ki, həmin şəxs 1,5 ildən sonra məsuliyyətə cəlb edilib.