Həsrət Rüstəmov: "İctimai siyasi statusu olan insanlar bu işdə çox fəal olmalıdırlar"

"Təəssüflər olsun ki, insanlarımızın bir hissəsi sosial izolyasiya tədbirlərinə ciddi yanaşmır". 

Bunu "Sherg.az"a açıqlamasında siyasətçi, politoloq və həkim Həsrət Rüstəmov deyib.

Ekspert bildirib ki, bu cür yanaşma çox təhlükəlidir:

"Həyata keçirilən karantin tədbirlərinə, sosial reklamlara, rəsmi qurumların çağırışlarına ictimai statusundan asılı olmayaraq, hamı dəstək verməlidir. Xüsusilə də ictimai siyasi statusu olan insanlar bu işdə çox fəal olmalıdırlar. "Covid-19" artıq bütün dünyanı cənginə alıb. Dünya sərhəd tanımadan bu bəlaya qarşı mübarizə aparır. Bu cür vəziyyətdə biz də bütünlük göstərməli, əlimizdən gələni etməliyik ki, Vətənimiz bu bəladan az itkilərlə xilas ola bilsin".