Hollandiya Azərbaycan Evinin rəhbəri:“Lobiçilik fəaliyətimizi də gücləndirməliyik”

Dünya azərbaycanlılarının təşkilatlanması  və diaspor quruculuğunda ümummilli lider Heydərə Əliyevin rolu əvəzolunmazdır.  Dünya Azərbaycanlılarının ilk Qurultayı 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilib. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilib. Bu sahədə qəbul olunmuş qərarlar və qarşıya qoyulan vəzifələr öz bəhrəsini verib. Daha sonra  Azərbaycan Prezidenti  İlham Əliyevin başçılığı ilə 2006-cı il martin 16-da ll, 2011-ci il iyulun 5-6-da lll, 2016-cı il iyunun 3-4-də lV qurultaylar reallaşdırılıb. 

Azərbaycanın dövlət və milli maraqlarını müdafiəsində diasporun rolu haqqında “Sherg.az”a danışan Hollandiya Azərbaycan Evinin rəhbəri  Elxan Mirhəşimli bildirib ki, Azərbaycan diasporasının inkişafı Azərbaycanın milli maraqlarını qorumaq deməkdir:

“Bu, Azərbaycan üçün çox önəmlidir. Biz Avropa ölkələrində  Azərbaycan təşkilatları olaraq, milli, mədəni irsimizi qoruyaraq və dövlətimizin milli maraqlarını dəstəkləyərək, anti- Azərbaycan informasiya təbliğatının qarşısını alırıq. Bizim dəstəklərimiz 44 günlük İkinci Qarabağ müharibəsində də Avropada informasiya təbliğatı aparılması ilə davam etdi”.

E.Mirhəşimli vurğulayıb ki, lobiçilik fəaliyyətimizi gücləndirməliyik:

“Diaspora Komitəsinin dəstəyi ilə təşkilatlanmalar daha da fəal kordinasiya edilir. Azərbaycanın tanınması üçün də fəaliyətimizi davam etdiririk. Qeyri-neft sektoru olan turizmin inkişafına gələcəkdə də öz töhfələrini verəcəyinin şahidi olacağıq. Bizlər, Avropada diaspor təşkilatlarının qurucularıyıq. Gələcəkdə ölkəmizə daha önəmli töhfələr vermək üçün lobiçilik fəaliyətimizi də gücləndirməliyik”.