Dünyanın ən böyük sərnişin təyyarəsi parça-parça olacaq


Mühəndis ilginc detallara aydınlıq gətirib

   Təyyarə istehsalçısı “Airbus” istehsalını artıq dayandırdığı A-380 sərnişin təyyarələrindən birini parça-parça etmək qərarı verib. Qərarın arxasında nə dayanır, səbəb nədir, bu, çoxlarını, xüsusilə də aviaşirkətləri maraqlandırır. Təyyarə mühəndisi və hava yolları mütəxəssisi Muhammed Yılmaz bununla bağlı ilginc detallara aydınlıq gətirib. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, “Airbus” tərəfindən istehsal edilmiş A-380 tipli təyyarələr nəhəng ölçülərə malik olmaları ilə fərqlənir. 

Bu tip təyyarələr həmişə diqqət çəkir. Yaxın zamanlaradək nəhəng təyyarə deyildiyində ağla ilk gələn AN-225 (yük təyayrəsi) və A-380 (sərnişin təyyarəsi) olurdu.  Təəssüf ki, Rusiya-Ukrayna müharibəsi səbəbiylə AN-225 səmayla vidalaşmalı oldu. Və müharibənin ən böyük qurbanlarından birinə çevrildi. AN-225-in yolu bağlandı, çoxsaylı ölkələr bu təyyarəni səmalarında görmək istəmədi. A-380 təyyarəsi isə fərqli hava yolları şirkətlərinin xətti ilə uçmağa davam edir. Lakin onun da ömrünə az qalıb. İstehsalçı şirkət A-380-ni yaxın zamanda hissələrə ayıraraq satışını təşkil etmək niyyətindədir. Təyyarənin təxminən 500 hissəyə bölünəcəyi bildirilir. Satış isə həm internet üzərindən, həm də açıq auksiyon vasitəsilə həyata keçiriləcək. Açıq auksiyonun oktyabr ayında keçiriləcəyi qeyd edilir. Auksiyon Tuluza şəhərində keçiriləcək. Əldə olunacaq gəlir  Airbus Vəqfi və ona bağlı qurumlara veriləcək, satılmayan hissələr olarsa əgər, onlar da geri qaytarılacaq. M.Yılmaz aviaşirkətlərin bu satışa böyük ilgi göstərdiyini deyib. 

Qeyd edib ki, A-380 təyyarəsi kimi tarixi əsərlərə hər zaman müştəri tapılır. Şirkətlər, ayrı-ayrı şəxslər bu tip əşyaları əldə edərək nümayiş etdirməyi sevir və onlara sahib olmaqları ilə qürurlanırlar. M.Yılmaz A-380 sərnişin təyyarəsinə niyə vida edilməsinin səbəbini də açıqlayıb. 

Mütəxəsssis bildirib ki, bu təyyarələr çox böyük ölçülərə sahib olduqlarından hava yolları şirkətləri üçün bahalı və mənfəətsiz hesab edilir. 

A-380 istehsal edilərkən xəyallar genişdir. Bu təyyarənin hava yolları “oyun” şərtlərini dəyişdirəcəyi ehtimalı, ehtimal olaraq da qaldı. İstehsalçı ilk günlərdən alıcı tapmaqda çətinlik çəkdi. Bəziləri hesab edirdi ki, airbusun gəlişi 20 il gecikib. Bir qisim isə hava yollarında yaşanan basırıq səbəbiylə bu cür nəhəng ölçülü təyyarələrə ehtiyac qalmadığını düşünür. 

Ancaq nə olursa, olsun, A-380 mühəndislik möcüzəsiydi. Təyyarələrdən birinin hissə-hissə edilib satışa çıxarılacağına rəğmən A-380-nin 2030-cu ilədək səmalarda olacağı bildirilir.