“Türkiyə rəsmi Moskvaya təsir göstərə bilər, təəsüf ki,Ukraynaya ABŞ və Böyük Britaniyanın təsiri daha böyükdür”
“Birləşmiş Ştatların nə zaman atəşkəs qərarına gəlib-gəlməməsini yaxın zamanlarda müşahidə edəcəyik"
Rusiya hazırda Ukrayna ərazisinin 20 faizini işğal edib."APA"xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Lüksemburq parlamentində videoformatda çıxışında deyib.O bildirib ki, hazırda cəbhə xətti 1000 kilometrdən çoxdur: “Demək olar ki, bütün Rusiya ordusuna qarşı özümüzü müdafiə etməliyik.
Bu təcavüzdə Rusiyanın döyüşə hazır bütün hərbi birləşmələri iştirak edir."deyə Ukrayna lideri qeyd edib.Zelenskinin sözlərinə görə, Ukraynanın şərqində hər gün 100 ukraynalı ölür, 450-500 nəfər isə yaralanır.
Dünya gündəmini zəbt edən bu müharibənin nə zaman sona yetəcəyi maraq doğurur. Qeyd edək ki, savaş artıq 100 gündən çoxdur, davam edir.
Amerika və Böyük Britaniyanın müharibənin dayanmasını istəmədiyini deyən politoluq Əhəd Məmmədli bu barədə proqnozlarını "Sherg.az"la bölüşüb:
"Müharibənin ilk günlərində Ukranyanın hansısa uğurlarından söz gedə bilərdi Lakin ruslar yenidən qruplaşma edərək Donbasa hücuma keçdi və Ukranyanın 20 faizini işğal etdilər. Son 20 gündür, Rusiya rəsmiləri çox rahat danışımaqlarının səbəbi budur.
Türkiyə müharibənin sonlanması üçün əlindən gələni edir. Ancaq Qərb savaşın rəsmi Ankaranın əli ilə dayandırılmasını istəmir.Türkiyə rəsmi Moskvaya təsir göstərə bilər, təəsüf ki,Ukraynaya ABŞ və Böyük Britaniyanın təsiri daha böyükdür.
Birləşmiş Ştatların nə zaman atəşkəs qərarına gəlib-gəlməməsini yaxın zamanlarda müşahidə edəcəyik".