Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “İnam İndeksi” jurnalının yeddinci xüsusi buraxılışı nəşr edilib. Burada prezidentin cari ilin ilk dörd ayı (yanvar-aprel) üzrə yüksək ictimai-siyasi fəaliyyəti vətəndaş rəyində qiymətləndirilib. Məqsəd dövlət başçısının ictimai-siyasi fəaliyyəti, eləcə də bəhs edilən dövrdə həyata keçirilən başlıca tədbirlərə vətəndaşların münasibətini öyrənmək olub.
Ümumiləşdirərək qeyd etmək olar ki, bu dörd ay ərzində ölkə rəhbəri tərəfindən 20-dən çox görüş və səfər, 30-dan çox müşavirə, müsahibə və mətbuat konfransı səviyyəli tədbirlərdə çıxış, 50-ə yaxın qəbul, xarici ölkə rəhbərləri və rəsmiləri ilə 20-dən artıq telefon danışığı, əsas hissəsi işğaldan azad olunan əraziləri əhatə etməklə 30-dan çox təməlqoyma və açılış mərasimi həyata keçirilib. Sorğular sasən Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonları üzrə keçirilib və 1081 respondentin rəyi öyrənilib.
Bu sorğulardan biri də, icra hakimiyyəti orqanlarına olan inamla bağlı idi . Belə ki, sorğu iştirakçılarının 22,7%-i yerli icra hakimiyyəti orqanlarına tam, 22,8%-i əsasən etibar etdiyini bildirib. 14,1% respondent əsasən etibar etmədiyini, 37,3% heç etibar etmədiyini qeyd edib. 3,2% respondent qərarsız mövqe nümayiş etdirib.
Respondentlərin 37.3 faizinin icraların fəaliyyətini mənfi qiymətləndirməsi ,sosial mediada icraların ləğvi aktualla bilərmi sualı yaradır.
Sosial Tətqiqatlar Mərkəzinin apardığı sorğuları yüksək qiymətləndirən Qeyri-Hökumət Təşkilatları Formunun (MQF) prezidenti Rauf Zeyni "Sherg.az"a bildirib ki, icra orqanları potensialından artıq yük daşıyır:
"Ərazisində yaşayan əhalinin bütün problemləri bu orqana yüklənilir. Bununla belə gecə - gündüz tənqid olunurlar. Lakin elə icralar da var ki, əhali ilə açıq işləmir. Bu halda insanlar fikirlərini söyləməyə adam tapmır, haqlı və ya haqsız problemləri həll olunmur.
Bu da narazılıqlara səbəb olur. Belə düşünürəm ki, prezidentimizin apardığı islahatlar nəticəsində sturuktur dəyişikliyi olmalıdır.
Biz idarəetmənin sistemini dəyişməliyik. Bu dəyişiklik gələcəkdə Azərbaycandakı idarəetmənin effektivliyini təmin etməlidir".