“Azərbaycanın Amerika üçün çox önəmli tərəfdaşdır”.
Bu barədə “Sherg.az”a Millət vəkili Asim Mollazadə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycana
səfərindən danışarkən bildirib. O qeyd edib ki, ölkəmizə olan mütamadi səfərlər birgə əməkdaşlığımız üçün yeni imkanları araşdırır:
"Bir neçə sahədə Amerika və biz əməkdaşlıq edirik. Ağ evə və onun tərəfdaşlarına Azərbaycan enerji təhlükəsizliyi baxımından geniş imkan yaradır. Bu sahədə olan layihələr Amerika tərəfindən geniş şəkildə dəstəklənir.Bununla yanaşı Dövlətimizin nəqliyyat yollarının formalaşması ABŞ-ın strateji maraqlarına uyğundur. Bütün bunlar Azərbaycan və ABŞ arasında gələcəkdə daha geniş əlaqələr qurulacağının siqnallarıdır".