“Səfərlər bir daha göstərir ki, ölkə başçısının rəhbərliyi ilə Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpasını sürətlə aparır”
“Bununla da vətəndaşlarımızın ata-baba yurdlarına böyük qayıdışını həyəta keçirməyi planlaşdırır”
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan,Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər. Görülən işlər tanış olan Prezident və Birinci vitse-prezident 330/110 kilovoltluq “Cəbrayıl” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Daha sonra İlham Əliyev və Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olublar. İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci vitse-prezidentə Qubadlı şəhərinin Baş planı barədə məlumat verib. Bundan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonu ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olub. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Zaur Mikayılov dövlətimizin başçısına layihələr barədə məlumat verib.
Səfəri “Sherg.az”a dəyərləndirən millət vəkili Cavid Osmanov bildirib ki, bu səfərlər ölkə başçısının işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına nə qədər diqqət yetirdiyinin böyük sübutudur:
“Prezident İlham Əliyev Vətən müharibəsindən sonra dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfər edib. Bu səfərlərin əsas məqsədi böyük yenidənqurma və bərpa işləri ilə yerində tanış olmaq və yeni göstərişlər verməkdir. Səfərlər bir daha göstərir ki, ölkə başçısının rəhbərliyi ilə Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpasını sürətlə apararaq, vətəndaşlarımızın ata-baba yurdlarına böyük qayıdışını həyəta keçirməyi planlaşdırır. Prezident Ağdamdakı Beynəlxalq Şəhərsalma Forumunda da xüsusən qey etdi ki, “Vətən müharibəsinədək xalqımızın milli ideyası işğal altındakı ərazilərimizi azad etmək idisə, əldə edilən qələbədən sonra milli ideyamız artıq işğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdışın təmin edilməsidir".
Dövlət rəhbəri və Birinci vitse-prezidentin bu iki il ərzində azad edilən ərazilərə bir ayda 2 dəfə səfərinin şahidi olmuşuq. Səfərlər zamanı bu ərazilərin baş planları təsdiqlənib və orada görüləcək işlər mərhələli şəkildə plalanlaşdırılıb. Müstəqilliyimizin bərpası gününün sabahısı işğaldan azad edilmiş ərazilərə səfərin edilməsi isə özü-özlüyündə böyük bir mesajdır. Əlbəttə, bu gün görülən işlər, bizə deməyə imkan verir ki, Azərbaycan müharibəni öz hesabına qazandı və öz gücü ilə yenidənqurma işləri aparır”.