Sosial şəbəkələrdə saxtakarlıq


Növbəti qurban məşhur cərrah oldu

  Məşhur insanların fotoları ilə sosial şəbəkələrdə saxtakarlıq edənlərin növbəti qurbanı dünyada tanınan ürək cərrahı professor Bingür Sönməz olub. Xolesterol və yüksək təzyiq kimi xəstəliklər hazırda əhali arasında geniş yayıldığından fırıldaqçılar bu dəfə professor B.Sönməzin fotosunu sosial şəbəkədə yerləşdirərək, guya ki, onun tövsiyə etdiyi dərman preparatlarını təbliğ ediblər. 

Əslində bu preparatlar saxtadır və həkimlər tərəfindən məsləhət görülmür. Lakin fırıldaqçılar insanların məşhur cərraha  inamından sui-istifadə edərək dərmanları reklam edirlər. Professor da əhalini fırıldaqçıların əlindən xilas etmək üçün çıxış yolunu sosial media vasitəsilə müraciət etməkdə görüb. “Şərq” “Millieyt.com”a istinadən bildirir ki, başına gələnlərlə bağlı danışan B.Sönməz “3 aya yaxındır qaçaqmalçılar adımdan saxta dərman bazarı açıb. Polis, istintaq, kibertəhlükəsizliyə cavabdeh olanlar fəaliyyətsizdir, heç bir iş görmürlər, saxtakarları yaxalamağa çalışmırlar. 

Bir internet səhifəsini bağlayırıq, başqasını açırlar. Əldə etdiyimiz ünvanları, telefon nömrələrini prokurorluğa təqdim etmişik, amma yenə nəticəsi yoxdur. Sosial media istifadəçilərindən xahişim budur ki, hər məlumata, reklama inanmasınlar.

 Feysbuk və instaqram səhifəsində yuxarı sağ küncdə 3 nöqtənin üzərinə basaraq “aldatma və dolandırma” düyməsini sıxsınlar, şikayət etsinlər. Tək yolu budur”. Professor bildirib ki, normal qan təzyiqi və xolesterolu aşağı salmaq üçün damarlarınızı təmizləyin” başlıqlı saxta dərmanların satışının qarşısını almaq üçün mübarizəni davam etdirir.

 Vətəndaşlar ehtiyatlı və diqqətli olmalıdır. Professor deyib ki, onun fotolarından istifadə edərək dərman reklamı təşkil edilməsinə inanmasınlar. Saxta dərman preparatlarını alıb həyatlarını riskə atmasınlar.