Tək arzusu var:Milyoner təqaüdçü boşanmaq istəyir


 Uzun illər xarici ölkədə çalışıb, nəhayət təqaüdə çıxdıqdan sonra Vətəninə dönən Mustafa Göktaşın yeganə arzusu boşanmaqdır. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, 86 yaşlı Mustafa Göktaş Adananın Kozan bölgəsində yaşayır. M.Göktaş 11 il əvvəl qonşularının vasitəsilə bir xanımla tanış olaraq evlənib. Nevin adlı xanım il yarım əvvəl M.Göktaşı tərk edərək evdən gedib. Onun başqa biriylə yaşadığı  deyilir. Amma məsələ burasındadır ki, evdən gedən xanım rəsmi həyat yoldaşından hələ də boşanmayıb. M.Göktaş evləndiyi qadından illərlə zorakılıq gördüyünü deyib: “Onunla evləndim. Evlənməz olaydım! 11 il mənə zorakılıq etdi, qohumları evimdə illərlə kirayə haqqı ödəmədən qaldılar. Onların ucbatından 1 milyon TL pul itirdim”, söyləyən M.Göktaş həyat hekayəsini də anladıb. M.Göktaş 25 il Avropada yaşayıb, çalışıb. Birinci həyat yoldaşı Hüsnə Göktaş xərçəng xəstəliyinə tutulub. Xanımı vəfat etdikdən sonra M.Göktaş Vətənə dönüb. Məmləkətinə fayda verməyə çalışıb. Un fabriki, yanacaqdoldurma məntəqəsi açıb, Kozanda məhəllə cameəsinə yardım edib. Qonşuları tək qalmasın deyə ona evlənmək təklif ediblər. 

“Nevin xanımın 50 yaşı vardı, mənimsə 75. Yaş fərqimiz böyükdür, dedim, evlənmək istəmədim. Qonşular israr etdi, araya girənlər oldu, Nevin də “sənə qulluq edəcəyəm”, dedi. Evləndikdən sonra Mustafa dədənin qara günləri başlayıb.

 Nevin xanım ərinin mülklərini öz adına sənədləşdirib. M.Göktaşın evlərinin hərəsində Nevin xanımın bir qohumu yerləşib, kirayə də ödəməyiblər. M.Göktaş göz yaşları içində bunları anladıb: “Mənim 1 milyon pulum getdi. İndi ayrılmaq, boşanmaq istəyirəm. “Boşanmayacam”, deyir. Gözləyir ki, mən ölüm, malım, mülküm, hamısı ona qalsın. Nə qədər var-dövlətim vardısa, bu 11 ildə hamısı yeyib-bitirdi. Yeganə istəyim ölmədən əvvəl ondan boşanmaqdır. İl yarımdır buna çalışıram. 5 məhkəmə iclası olub. Bir qərar verməyiblər. Qadına şiddətdən danışır hamı. Mənə qarşı edilənlər şiddət deyilmi? Mən 86 yaşındayam, qaçıb getdiyi adam 45 yaşında. Hara gedirsə getsin. Məndən əl çəksin. Başqasıyla yaşayır, məndən boşansın”.