Zelenskinin çağırışı: Ukrayna son çırpınışlarını edir?

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın bütün ərazisini işğal etmək niyyətindədir və heç vaxt sülh istəməyib.
Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Britaniya mediasına müsahibəsində deyib.
Dövlət başçısı Krım və Donbasın Rusiya mənsubluğunu nəzərdə tutan sülh sazişinin imzalanmasını təsəvvür belə etmədiyini bildirib:
“Əgər biz onu dayandırmaq istəyiriksə, dünya aqressiyanın bir neçə ildən sonra təkrarlanmasını istəmirsə, o zaman indi bununla məşğul olmalıdır”.

Zelenskinin açıqlamalarını "Sherg.az" üçün şərh edən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, bu tipli çıxışlar ritorik mahiyyət daşıyır: 

"Zelenski dünyanın ikiyə bölündüyü dönəmlərdə hər zaman Qərbdən aldığı tezislərə uyğun şəkildə çıxış edib. Onun bu açıqlamaları hazırki gedişatda qələbəni təmin edəcək bir mövqey deyil. Bu günkü siyasi proseslər göstərir ki, Ukrayna məğlubiyyətə doğru addımlayır. Zelenskinin fikirlərini azalan Qərb yardımlarını artırmağa çalışmaq kimidə dəyərləndirmək lazımdır. Amma bu çağırışların nəyisə dəyişdirəcəyi inandırıcı deyil".