Ermənistanın mina terroru: Qərb hələ də susur

Hər kəs mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün Ermənistana təzyiq etməlidir.
Bu barədə Azərbaycan Xarici İşləri Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib.
"Ermənistan tərəfindən ayrı-seçkilik olmadan yerləşdirilmiş minalar günahsız dinc əhali üçün təhlükə yaratmaqda davam edir. Daha bir mülki şəxs minaya düşüb, 2020-ci ildən indiyədək ölənlərin sayı 342 nəfərə çatıb", - paylaşımda qeyd edilib.

Mina xəritələrinin verilməsi barədə "Sherg.az"a danışan politoloq İlyas Hüseynov söyləyib ki, hazırda Azərbaycan dövləti minalardan əziyyət çəkən əsas ölkələrdəndir:
"Əminliklə söyləmək olar ki, Qarabağda və Zəngəzurda milyonlarla mina basdırılıb. Vətən müharibəsindən sonra, Azərbaycan və Ermənistan arasındakı danışıqlara əsasən minalanmış ərazilərin xəritə və sxemlərinin divirsentlər müqabilində təhvil-təslimi oldu. Təssüf ki, minalanmış ərazilərin xəritəsi təhrif olunub, yalan xəritələr Azərbayacana verildi. Burada əsas məqsəd səhv koordinantlar verməklə qətliam törətməkdir. Bu məkirli siyasətin tərkib hissəsidir. Bugün Azərbaycan dövləti sözügedən siyasətdən əziyyət çəkir. Mülki şəxslərin, hərbi qulluqçuların mina qurbanlarına çevrilməsi mütəmadi xarakter alıb".

Politoliq  dünyanın aparıcı qeyri-hökümət təşkilatlarının, insan haqqları ilə məşğul olan qrumların bu vəziyyətlə bağlı susduqlarını qeyd edib:
"ABŞ və Avropa İttifaqına daxil olan ölkələr Ermənistana bu istiqamətdə heç bir təzyiq göstərmirlər. Buda Azərbaycana qarşı qərəzli mövqeydə olduqlarını sübuta yetirir. Ermənistana təzyiqlər göstərilmədikcə, tutarlı addımlar atılmadıqca proses belədə davam edəcək".