İran-Pakistan münaqişəsi: Abdullahian İslamabada niyə gedir? -MaraqlI FAKT

İran XİN rəhbəri Pakistana gedir.
Bu barədə İran və Pakistan Xarici İşlər nazirliklərinin birgə bəyanatında qeyd olunub.
Pakistan və İran xarici işlər nazirləri arasında telefon danışığından sonra hər iki tərəf iki ölkənin səfirlərinin yanvarın 26-na qədər öz iş yerlərinə qayıtmaları barədə razılığa gəliblər.
Pakistan xarici işlər nazirinin dəvəti ilə onun iranlı həmkarı Hüseyn Əmir Abdullahian yanvarın 29-da Pakistana səfər edəcək.

Səfərdən gözləntiləri barədə fikirlərini "Sherg.az"la bölüşən siyasi şərhçi Turab Rzayev söyləyib ki, hər iki dövlət yaxşı anlayır ki, aralarında baş verə biləcək müharibə həm regional, həm də qlobal fəlakətə çevrilə bilər:
"Sözügedən dövlətlərin hər birinin 100 milyondan çox əhalisi, milyonlarla aktiv və rezervdə olan ordusu, kifayət qədər güclü hərbi sənayesi var. İslam dünyasının böyük dövlətlərindən ikisinin arasındakı qarşıdurma bölgənin vəziyyətinin 10 il geriləməsinə səbəb ola bilər. Bu səbəbdən ölkə rəhbərlərinin görüşüb, razılığa gəlməsi başadüşüləndir".

Siyasi şərhçi İran Xarici İşlər Nazirinin Pakistana səfəri zamanı iki ölkə arasındakı narazılıq yaradan məsələlərin müzakirə olunacağını qeyd edib:
"Pakistan ərazisinə hücum heç bir halda İran tərəfinfən normal qəbul edilə bilməz. Pakistana edilən roketli hücumun ağır nəticələri olacağı bəllidir. Amma İran tərəfinin də bunu sənədsiz-sübutsuz etməsi inandırıc  görsənmir. Böyük ehtimalla İranda daha əvvəl bununla bağlı məlumat olub və o Pakistan rəhbərliyinə müdaxilə barədə məlumat verib. Hazırda İranın müxtəlif  ərazilərində yüzlərlə hərbiçinin həlak  güclü partlatışlar baş tutur. İran bunu özü üçün təhdid sayır. Hücumu həyata keçirən təşkilatlar ola bilsin Pakistan ərazisində məskunlaşıb və təxribatı oradan həyata keçirirlər.  Digər tərəfdən ABŞ, İsrail kimi dövlətlərin Pakistan üzərindən hücum planlarının olması ehtimalı var. İran isə Pakistana bu barədə məlumat verərək məsələyə özü müdaxilə etmiş ola bilər. İran hazırda ABŞ və İsrailin hədəfində olduğunu yaxşı bilir. Pakistan rəhbərliyi ilə müzakirələrin predmentlərindən biri də bu mövzu olacaqdır".