Rusiya ordusu Odessanı nəzarətə götürə bilər.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin keçmiş müşaviri Ças Friman “Dialogue works” YouTube kanalına müsahibəsində deyib.
“Putinin Odessanı almasına ehtiyac olub-olmayacağı sual olaraq qalır”, - Friman deyib. O əlavə edib ki, Ukraynanın sülhü müzakirə etmək istəməməsi və Vladimir Zelenskinin danışıqlara getməmək, hərbi əməliyyatları davam etdirmək niyyətini nəzərə almaq lazımdır.
Buna görə də Friman Rusiya rəhbərliyinin Odessanı ələ keçirmək əməliyyatına başlamaq əmrini verəcəyini istisna etməyib. Eyni zamanda, o, Odessanın "həmişə Rusiya şəhəri hesab edildiyinə" diqqət çəkib.
Odessanın itirilməsinin Ukrayna üçün nəticələrindən danışan ekspert qeyd edib ki, bu halda Kiyev Qara dənizə çıxışını itirəcək.
Həmçinin söhbət zamanı Friman vurğulayıb ki, Moskva istənilən vasitə ilə NATO-nun Ukraynaya nəzarəti ələ keçirməsinin qarşısını almağa çalışacaq.