İki NASA astronavtını daşıyan "Boeinq"in Starliner servisinin Yerə qayıdışı ikinci dəfə təxirə salınıb və geri dönüş tarixi ən tez 22 iyun olaraq təyin edilib. Bildirilib ki, “Starliner” kosmik gəmisi müxtəlif nasazlıqlar səbəbindən havaya qalxa bilməyib.
Sherg.az xəbər verir ki, Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) internet saytında yayılan açıqlamada, iyunun 5-də Yer kürəsini tərk edən Starliner şatlının və heyətinin geri dönüş tarixinin yenidən təxirə salındığı bildirilib.
Qeyd olunub ki, “Starliner” komandası Butch Wilmore və Suni Williams Beynəlxalq Kosmik Stansiyada (BKS) şatlın hərəkət mexanizmini və lyuk əməliyyatlarını sınaqdan keçirəcək, həmçinin fövqəladə hallarda istifadə olunacaq kapsulun hazırlanması üçün təlimlər keçirəcək.
Yerə qayıdarkən gəmidə beş fərqli sızma müşahidə edilib. Astronavtların iyunun 14-də geri dönmələri planlaşdırılırdı, lakin Boein1 və NASA problemləri həll etməyə çalışdıqları üçün Yerə ən erkən qayıtma tarixi iyunun 22-nə təyin edilib.
İyunun 18-də NASA və Boeinq rəsmilərinin keçirəcəyi mətbuat konfransında komandanın mövzu ilə bağlı ətraflı məlumat verəcəyi də bildirilib.