“Der Spiegel” jurnalının dərc etdiyi hesabata görə, Almaniya hökuməti Talibanla birbaşa məsləhətləşmədən Əfqanıstana deportasiya prosedurlarını həyata keçirmək üçün Özbəkistanla danışıqlar aparır.
Sherg.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin mayın sonunda bu məqsədlə Özbəkistanın paytaxtı Daşkəndə getdiyini bildirib.
Nümayəndə heyəti Özbəkistan hökumətinə əfqan deportasiya namizədlərinin Daşkəndə gətirilməsini təklif edib.
Xəbərə görə, namizədlər buradan Kam Air özəl aviaşirkəti ilə Kabilə köçürülə bilər. Almaniya Daxili İşlər Nazirliyi hələlik xəbərə münasibət bildirməyib.
İyunun əvvəlində Almaniyanın daxili işlər naziri Nensi Faeser bir polis məmurunun ölümcül bıçaqlanmasından sonra immiqrasiya ilə bağlı daha sərt xətt tətbiq edilməsi çağırışları fonunda, ölkələrinin təhlükəsizliyinə təhlükə yaradan əfqan mühacirləri geri göndərməyi düşündüyünü söyləyib.