
Qarabağda yeni idarəetmə sistemi gözlənilir - ŞƏRH
23:42 17.09.2025
Aktual
542
Böyük Qayıdış bitəndən sonra komitə missiyasını tamamlayacaq
Milli Məclisdə Böyük qayıdışla bağlı ayrıca platforma yaradılması təklif edilib. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin dünənki iclasında deputatların suallarını cavablandırarkən deyib. O qeyd edib ki, təkliflər sırasında suallara cavab verəcək qurumun yaradılması da var: "Biz bunu bir neçə dəfə səsləndirmişik. Hətta düşünürük ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin adının dəyişdirilməsi, Böyük qayıdış üzrə komitənin yaradılması vacibdir. Böyük qayıdışla bağlı suallara cavab verəcək ayrıca qurum ola bilər".

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova Sherg.az-a açıqlamasında qeyd etdi ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu günə qədər böyük işlər görüb, yurdundan, yuvasından didərgin düşmüş vətəndaşlarımızın problemlərin həlli, onların yerləşdirilməsi, Ulu Öndər Heydər Əliyevin tapşırıqlarına, sonra da cənab Prezident İlham Əliyevin göstərişləri, sərəncamlarına uyğun fəaliyyət göstərib. Qaçqın və məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət tapşırıqlarını yertinə yetirib, 30 il müddətində qaçqın və köçkünlərin müraciət etdiyi ünvan olub:
- 30 illik işğala, yurd həsrətinə son qoyuldu, Azərbaycan ordusu Ali Baş Komandanın dəmir iradəsi ilə, şəhidlərimizin qanı, əsgər və zabitlərimizin şücayəti sayəsində Qarabağımızı azad etdi. Və cənab Prezident tərəfindən “Böyük Qayıdış” Dövlət Proqramı imzalandı. Bu proqram 5 ildir ki, mərhələli şəkildə həyata keçirilir. Hələ başa çatmayıb. Səbəblər də məlumdur. Dövlətimiz erməni separatçıları tərəfindən viran qoyulmuş şəhər və kəndlərimizi bərpa edir. Tikinti-quruculuq, abadlıq işləri hər nə qədər sürətlə aparılsa da, Qarabağ, Şərqi Zəngəzur yeni inkişaf mərhələsinə qədəm qoymuş olsa da, keçmiş məcburi köçkün vətəndaşlarımızın qayıdışı çətin prosesdir, asan deyil. Binalar inşa edildikcə, evlər tikildikcə, infrastruktur bərpa olunduqca köç də sürətlənir. Bu gün də dövlət komitəsi “Böyük Qayıdış” proqramının icrasında, keçmiş məcburi köçkünlərin siyahıya alınması, işğaldan azad edilmiş bölgələrimizə köçü, yerləşdirilməsində iştirak edir. Məsələ təkcə köçürülmədə deyil. Məşğulluğun təmin edilməsi, əmək qabiliyyətli insanların müəyyənləşməsi, hansı ixtisas üzrə mütəxəssislərin doğma yurdlara qayıdacağı müəyyənləşdirilir. “Böyük Qayıdış” proqramının icrasına başlananda komitə həm də bu məsələləri müəyyənləşdirirdi. Yaxın zamanda qayıdış başa çatdırılacaq. Keçmiş məcburi köçkünlərin hamısı doğma yurdlarına qayıdacaq, məskunlaşacaqlar. O zaman komitə də öz işini başa vurmuş olacaq. “Məcburi köçkün” ifadəsi leksikonumuzdan çıxacaq, bu ifadə sadəcə tarixdə qalacaq.
H.Məmmədova bildirdi ki, “Böyük Qayıdış” proqramının başa çatmasıyla Qarabağ və Şərqi Zəngəzurda idarəetmə sistemində fərqli qurumlar təsis edilə bilər:
- Tarixdən məlumdur ki, ictimai-siyasi vəziyyətə uyğun olaraq müvəqqəti orqanlar yaradılır. Məsələn, 1989-cu ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Qarabağda xüsusi idarəetmə komitəsi yaradılmışdı. Məqsəd bəlli idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, təbii ki, bu qurum da ləğv edildi. Belə misalları çox çəkmək olar. Tarixi şərait, ictimai-siyasi vəziyyət zaman-zaman müxtəlif qurumların, idarəetmə formalarının yaranmasına səbəb olur. Təbii ki, “Böyük Qayıdış” proqramı başa çatdıqdan sonra Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də missiyasını başa vurmuş olacaq. Dövlət rəhbəri özü daha yaxşı bilir, nəyi nə zaman etmək lazımdır. Ola bilsin, Qarabağda, Şərqi Zəngəzurda tamam başqa, daha müasir, uyğun bir idarəetmə sistemi təsis edilməsinə qərar verilsin. İşğaldan azad edilmiş bölgələrimizdə hazırda Prezidentin xüsusi nümayəndələri fəaliyyət göstərir. Buna ehtiyac var. Ola bilər, bir neçə ildən sonra idarəetmə sahəsində yeniliklər tətbiq edilsin. Konkret adlar altında qurumlar fəaliyyət göstərsin. Tələsməyək, cənab Prezident hansı qərarı verəcəksə, ona da əməl ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya