Aqşin Yenisey; Nitqimiz əməlli-başlı söz zibilliyidir
16:19 05.11.2025
Aktual
196
Kolbasamız nə gündədirsə, nitqimiz də o gündədir
Son illər cəmiyyətimizdə “dilimiz korlanır”, “Azərbaycan dili təhlükədədir” kimi narahatlıqlar tez-tez səslənir. Mütəxəssislər isə hesab edir ki, dildə təbii şəkildə baş verən dəyişikliklər, yeni texnologiyalar və həyat tərzinin gətirdiyi sözlər qaçılmaz prosesdir. Amma bu dəyişikliklərə uyğun nitq mədəniyyəti formalaşmadıqda, dilin təbii inkişafı pozulur. İnsanların gündəlik danışığında yad sözlərin artması, ifadə tərzində qarışıqlıq və dilə yad ünsürlərin çoxalması, əslində, düşüncə tərzimizin də dəyişdiyinin göstəricisidir. Bu baxımdan dil və nitq arasındakı fərqi düzgün anlamaq və problemi doğru yerdə axtarmaq son dərəcə vacibdir.
Mövzu ilə bağlı “Sherg.az” a danışan şair Aqşin Yenisey bildirib ki, cəmiyyətin dilimiz deyib narahat olduğu məsələ, əslində, dilimiz deyil, nitqimizdir. Onun sözlərinə görə, son yüz ildə dilimizə başqa dillərdən "ekskavator", "kombayn", "kompüter" kimi çox az söz gəlib:
“ Nitqimiz isə əməlli-başlı söz zibilliyidir. Nitqimizi zibilləyən sözlərin demək olar ki, heç biri dilimizə keçə bilməyib. "Uje", "Prosto", "ok" və s. kimi nitqimizdə hər gün istifadə etdiyimiz sözlərə dilimizdə rast gəlmirik. Dil düşüncəmizin nitqidir. Nitq düşüncəmizin emalı. Emal prosesində bizdə təkcə nitqdə yox, hər şeydə qatqı çoxdur. Kolbasamız nə gündədirsə, nitqimiz də o gündədir. Dilə yeni sözlərin gəlməməsi mümkün deyil. Məsələn, ölkəyə ekskavator, kombayn, kompüter gəlibsə, bunun adı da gəlməlidir. Ya da biz tayfanı yığıb həyatımızı rahatlaşdıran bu alətlərə öz dilimizdə ad qoymalıyıq.
Prezidentin cümləsinin əvvəlində "əgər" şərt gücləndiricisi var: "Əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa..." onun başqa dildən alınmasına ehtiyac yoxdur. Əgər o kəlmə yoxdursa necə? Baxıram ki, əksər dil təəssübkeşləri bu "əgər"i gözardı edib yenə linqvistik təmizlik işinə girişiblər.
Səməd Vurğun kimi dili təmiz, xəlqi olan bir şair belə "Muğam" poemasında "ekskavator" sözündən imtina edə bilmir. Çünki dövrü yazırsansa, dövrün öz dilində yazmalısan. Bu, zamanın yox, dilin tələbidir”.
Şair qeyd edib ki, indiki uşaqların telefonda oynadıqları oyunların hamısının adı əcnəbi dillərdədir. O uşaqlar böyüyüb heç vaxt "çiling-ağac", "dirədöymə" sözlərindən istifadə etməyəcəklər, öz uşaqlıqlarını bu əcnəbi oyun adlarıyla xatırlayacaqlar:
“Uşaqlığını "eşşəkbeli" oynayaraq keçirən nəsil elə bilir ki, Azərbaycan dili hələ də oradadır. Deyilsə də, qaytarıb aparıb orada dama salıb qapısını bərk-bərk bağlamaq lazımdır. Gələcək nəsil internetdə böyüyür, dildən danışanda ora baxmaq lazımdır. Yeni nəsillərin böyüdüyü mühitdə dilimizə aid neçə söz var? Cavabı verilməli olan sual budur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Avropanı Ukraynaya silah tədarükünü dayandırmaqla hədələyir
00:37 02.04.2026
Dünya
Aprel döyüşlərindən 10 il ötür
00:12 02.04.2026
Hərbi
ABŞ və İsrail İranın Kaşan hava limanını vurdu
23:46 01.04.2026
Region
KİV: Zelenski ABŞ rəsmiləri ilə danışıqlar aparıb
22:58 01.04.2026
Dünya
Tramp şahzadə ilə İranla atəşkəsi müzakirə etdi
22:36 01.04.2026
Gündəm
ABŞ İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu həyata keçirib
22:15 01.04.2026
Dünya
Dələduzluq edən 7 nəfər saxlanıldı
21:33 01.04.2026
Hadisə
Stubb və Tramp NATO ilə bağlı məsələləri müzakirə ediblər
21:05 01.04.2026
Dünya
İran İsraildəki ABŞ təyyarələrinə zərbələr endirib
20:50 01.04.2026
Dünya
Tramp İranla bağlı xalqa müraciət edəcək
20:34 01.04.2026
Dünya
İranın Ali lideri: Müqavimətə dəstək davam edəcək
20:17 01.04.2026
Gündəm
Tramp: NATO-dan iyrənirəm
20:00 01.04.2026
Dünya
SEPAH: Hörmüz boğazı açılmayacaq
19:37 01.04.2026
Region
Putin yeni qlobal ticarət marşrutunun siqnalını verir - ŞƏRH
18:44 01.04.2026
Gündəm
Portuqaliya Azərbaycanda səfirlik açacaq
18:40 01.04.2026
Siyasət
Əraqçi: İran atəşkəsi qəbul etmir
18:29 01.04.2026
Region