
Analitik: Qarşıdurmalardan müdafiə sənayesi şirkətləri və dəllallar qazanır
Yusif Nəzərli
10:38 17.11.2024
Aktual
606
Hər nə qədər sülh müqaviləsindən danışılsa da, regionda silahlanma yarışı davam edir. Ermənistan ordusu müharibədən sonra məlum idi ki, itirdiklərinin yerini doldurmaq üçün silahlar alacaq. Ermənistanın silahlanmasına baxdıqda, açıq şəkildə görünür ki, həm İrəvan, həm də onun yanında olan dövlətlər müharibənin nəticələrini ciddi şəkildə analiz ediblər. Ermənistan ordusunun ən zəif yerlərini müəyyənləşdirib, ona uyğun olaraq da silahlar alırlar.
Siyasi şərhçi Səxavət Məmmədin "Sherg.az"a dediyinə görə, Ermənistanın xüsusilə hava hücumundan müdafiə, anti-dron sistemlərini alması ehtiyacdan irəli gəlirsə, “Caesar” haubitsasını alması isə effektiv olan artilleriyalarını daha da təkmilləşdirmək üçündür:

“Ermənistanın silahlanması təbii ki, regionu silahlanma yarışının içərisinə çəkib. Ermənistanın aldığı silahlara adekvat olaraq Azərbaycan tərəfi də silahlar alır. İstər Azərbaycanda, istərsə də Ermənistanda bəzi şəxslər dövlətlərin aldığı silahı nümayiş etdirməsini və yaxud bu məlumatların mətbuata sızdırılmasını tənqid edir. Əvvəla, silahlanmanın heç bir sirr tərəfi yoxdur. Silah istehsalı ərzaq, avtomobil və digər məhsullar kimi qanunidir. Silah istehsalçısı olan şirkətlər satdığı silahın hesabatını verir. Dövlətlər aldığı silahlar barədə məlumat verməsə də, istehsalçı şirkətlər maraqlıdır ki, satışı barədə məlumat versin.
Məsələn, “Akash-1S” hava hücumundan müdafiə sistemlərinin Ermənistana təhvil verilməsini birinci Ermənistan yox, məhz istehsalçı şirkət elan etdi. Dövlətlər silahları qara bazardan yox, məhz şirkətlərdən alır. Yəni dövlətlər istəsə də, bunu gizlədə bilməz, yox, dövlətlər gizlətsə də, şirkətlər maraqlı olur ki, informasiya yayılsın. Bəzən şirkətlər bilərəkdən hansısa ölkəyə silah satdığını nəinki bəyan edir, hətta bunun müzakirələrə səbəb olması üçün müəyyən media qrupları ilə razılaşmalar da əldə edirlər. Bəzən heç silah satan tərəf yox, rəqib şirkət rəqib ölkənin hansı silah almasını ciddi şəkildə şişirdir. Beləcə də nəinki media resursları, hətta dövlətlər də tələyə düşmüş olur. Hər kəs istehsal etdiyi məhsulu satmaq istəyir və buna görə də, manipulyasiyalar edir.
Ermənistanın “Caesar” haubitsasını alması həddindən artıq qabardıldı. Daha sonra isə Qərb mediasında alternativ silahlar gündəmə gətirildi. Hətta Ermənistan “Caesar” haubitsasını alandan sonra bəzi haubitsa istehsalçısı olan şirkətlər Azərbaycanın qapısında yatdı. Nəticədə Azərbaycan DİTA haubitsalarını aldı. Azərbaycanın DİTA haubitsasını alacağını təxmin etmək o qədər də çətin deyildi. Silah şirkətləri pusquda yatır, məhsullarını satmaq üçün bütün variantlara gedirlər.
Yalnız ağır müharibələr zamanı dövlətlər axtardığı silahı, mərmiləri istehsalçı şirkətlərdən ala bilmədikdə, qara bazara üz tutar. Bu da çox az hallarda baş verir. Ona görə də müharibələr vaxtı qanunsuz silahdan istifadə anlayışı yoxdur. Hər kəs əlində olan vasitələrdən maksimum istifadə etməyə çalışır. Yəni dövlətlərə mələk, yaxud şeytan donu geyindirməyin bir mənası yoxdur. Hər kəs hədəfə çatmaq üçün addımlar atır”.
S.Məmmədin sözlərinə görə, Ermənistanın silahlanması və bunun həddindən artıq qabardılması həm də Azərbaycan üçündür. Müdafiə sənayesi şirkətləri bitməyən bir münaqişədən maksimum yararlanmağa çalışır:
“Beləcə, dövlətləri soyub soğana çevirirlər. Məsələyə fərqli yöndən baxsaq, sülh müqaviləsi imzalanana qədər Azərbaycan və Ermənistanın silahlanması davam edəcək. Azərbaycan mətbuatında Ermənistanın, Ermənistan mətbuatında isə Azərbaycanın yeni silahlar alması qabardılacaq. Azərbaycanın aviaparkını yeniləməyə ciddi ehtiyacı vardı. Ona görə də həm ehtiyacları qarşılamaq, həm də siyasi olaraq Pakistandan JF-17 hərbi təyyarələri aldı. Ardınca Ermənistan mediası bu məsələni ciddi qabartmağa başlayıb. Artıq Hindistanın “Hindustan Aeronautics Limited” şirkəti ilə danışıqlar da aparırlar. Bəzən deyirlər ki, böyük dövlətlər, əslində isə böyük silah şirkətləri də bu münaqişənin sülh müqaviləsi ilə bitməsində maraqlı deyillər.
Ermənistanla Azərbaycan arasında siyasi gərginliyin olmasını inkar etmirəm. Əksinə, gərginlik var və bunun davam edəcəyi də gözləniləndir. Görünən odur ki, bu gərginlikdən qazanan Ermənistandan daha çox elə müdafiə sənayesi şirkətləri və ortadakı dəllallardır…”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm