
Analitik: Sülhdən sonra Ermənistan-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyacaq
09:37 30.07.2025
Aktual
635
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Sünik bölgəsinin sakinləri ilə görüşündə Naxçıvan Muxtar Respublikası ilə birləşdirici yolun açılmasının vacibliyindən danışıb. O bildirib ki, məqsəd tezliklə Azərbaycanla sülh sazişini imzalamaqdır. Görünən odur ki, Cənubi Qafqaz regionu hazırda tarixi dönüş nöqtəsinə qədəm qoyur. Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişədən sonra tərəflər arasında münasibətlərin normallaşması istiqamətində ciddi addımlar atılır. Sülh sazişinin imzalanması reallığa çevrilmək üzrədir. Vaaqn Xaçaturyanın çıxışı da bu prosesin nə qədər irəli getdiyini göstərir.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlama verib:

"Azərbaycan-Ermənistan münasibətləri elə bir mərhələyə çatıb ki, sülh sazişinin imzalanmasına çox az məsafə qalıb. Bu istiqamətdə tərəflər xeyli iş görüblər. Yaxın günlərdə ya sülh sazişi, ya da ona yaxın bir sənəd imzalana bilər.
Ermənistan prezidentinin açıqlamalarında da həqiqət payı var. Saziş imzalandıqdan sonra Ermənistan-Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoyacaq. Xüsusilə də nəzərə alsaq ki, Ermənistanın hazırkı hakimiyyəti-istər prezidenti, istərsə də baş naziri Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar. Bu dəhliz açıldıqdan sonra Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan arasında quru yol bərpa olunacaq. Ümumilikdə Cənubi Qafqaz regionu logistik baxımdan tamamilə yeni bir status qazanacaq. Burada təkcə Azərbaycan və Ermənistan deyil, həm də Türkiyə və region dövlətləri iqtisadi və siyasi olaraq ciddi fayda əldə edəcəklər".
Politoloq prosesdən narahatlıq keçirən qüvvələrə də diqqət çəkib:
"Onların başında İran dayanır. Eyni zamanda qeyd etmək lazımdır ki, ABŞ-nin Türkiyədəki səfiri və bölgədəki xüsusi nümayəndəsi Tom Barak bildirmişdi ki, Zəngəzur dəhlizinin bir hissəsinin amerikalı şirkətlər tərəfindən idarə edilməsi məsələsi gündəmdə ola bilər. Bu isə əslində dəhlizin açılmasında maraqlı olmayan qüvvələrə mesajdır. İsrail-İran, ABŞ-İran qarşıdurmasından sonra yəqin ki, İranda o güc qalmayacaq ki, yol açıldıqdan sonra ona qarşı çıxsın. Bu yolun ABŞ şirkətlərinə verilməsi bir daha onu sübut edəcək ki, ABŞ-nin də Cənubi Qafqazdakı maraqları təmin olunub. Buna qarşı nə Rusiya, nə İran, nə də başqa qüvvələr qarşı çıxa bilməyəcəklər".
Ekspert Azərbaycanın NATO-dan kənar ABŞ-nin müttəfiqi ola biləcəyini söyləyib:
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və ya ona yaxın bir sənəd imzalandıqdan, bizim parlamentdə radifikasiya olunduqdan sonra Azərbaycan yəqin ki, ABŞ-nin NATO-dan kənar strateji müttəfiqi olacaqdır. Bununla əlaqədar ABŞ ilə Azərbaycan arasında yüksək səviyyəli bir müqavilə imzalanacaqdır. Səudiyyə Ərəbistanı, İsrail və digər dövlətlər olmaqla 20-21-ə yaxın dövlətlə ABŞ-nin NATO-dan kənar müqaviləsi var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya