Anar Əsədli niyə həbsdə saxlanıldı? – YENİ DETALLAR
Yusif Nəzərli
09:53 28.04.2023
Aktual
1202
"Anar Əsədli Ramazan Bayramının ilk günü, tələm-tələsik həbs edildi".
Bunu "Sherg.az"a açıqlamasında Azərbaycan Yüksəliş Partiyası Başqanının Beynəlxalq məsələlər üzrə müavini, tibb üzrə fəlsəfə doktoru, ictimai xadim Vasif İsmayıl Anar Əsədlinin məhkəmə prosesindən danışarkən deyib.
O bildirib ki, dünən Apellyasiya şikayəti verilib:
"Lakin Apellyasiya şikayətimizi təmin etmədi və Anar Əsədlini həbsdə saxladı.
Həmçinin belə bir sual yaranır ki,Anar Əsədli bu qədər təcili həbs edilmə ehtiyacı yaranan hansı böyük cinayəti törədib? Çünki bu işlə tanış olan tanınmış hüquqşünaslar bir mənalı şəkildə burada heç bir cinayət tərkibinin olmadığını söyləyiblər. Mən də iddia edirəm ki, Anar Əsədlinin üstünə yıxılan şikayətlərin heç birində cinayət tərkibi yoxdur. Əsas şikayətçi olduğu bildirilən şəxsin televiziyada verdiyi müsahibəni, bir hüquqşünas dinləsə, burada heç bir cinayətin olmadığını açıq şəkildə görə bilər. Əgər bu işdə cinayət yoxdursa, deməli bu həbs birmənalı şəkildə siyasi qərardır".
Qeyd edək ki Aprelin iyirmi birində Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib.
Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Anar Əsədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. O dələduzluqda təqsirləndirilib və barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb. Ümumilkdə Anar Əsədli barəsində 4 şikayətçi var. O, həmin şəxslərdən külli miqdarda pul alıb geri qaytarmamaqda ittiham edilir. Əlavə edək ki, bu işlə əlaqədar Anar Əsədlinin ölkədən çıxışına da qadağa qoyulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya