
“Bacılar” özlərini ifşa edirlər” - AKTUAL
Yusif Nəzərli
12:31 21.11.2022
Aktual
640
Prezident İlham Əliyev YAP-ın yaradılmasının 30-cu ildönümü ilə bağlı Bakıda keçirilən tədbirdə Fransa-Ermənistan münasibətlərindən danışıb. Dövlət başçısı çıxışı zamanı bildirib ki, Fransa Ermənistana himayədarlıq edir. İlham Əliyev çıxışında bu iki ölkənin münasibətlərinə zarafatyana reaksiya verib:
“Onlar biri-birinə bacı deyirlər. Qardaş da deyə bilərdilər, amma nədənsə bacı deyirlər”.
Xatırladaq ki, bir müddət öncə Fransa senatı tərəfindən Azərbaycanın əlehinə qətnamə qəbul olunub. Bu sənədin Fransada yaşayan erməni lobbisinin fəaliyyətinin bir nümunəsi olduğu isə artıq təsdiqini tapıb.

Fransa senatı tərəfindən qəbul edilən sənədin heç bir əhəmiyyəti olmadığını deyən millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Sherg.az"a vurğulayıb ki, bu, bir parça kağız rəsmi Parisin özünü pis vəziyyətdə qoyur və onu vasitəçi rolundan kənarlaşdırır:
"Burada söhbət təkcə Fransa Senatı tərəfindən qəbul edilən sənəddən getmir. Ümumi məsələ Fransanın daxilində mövcud olan abu -havanın təhlilidir. Çünki onlar erməni lobbisinin və Azərbaycana qarşı işləyən qüvvələrin mənbəyinə çevirilib. Bu gün cənab Prezident ilham Əliyev YAP-ın 30 illiyinə həsr olunmuş tədbirdə də məsələ barəsində qısa, amma düzgün fikir səsləndirdi. Ölkə başçısı zarafatyana şəkildə bildirdi ki, Fransa və Ermənistan özlərini iki qardaş da adlandıra bilərdilər. Lakin iki bacı adlandırırlar.
Məhz bu iki “bacı” belə addımlarla özlərini ifşa edirlər. Xüsusilə rəsmi Parisin Frankofoniya konfransında Azərbaycana qarşı qəbul etmək niyyətində olduğu qətnamə uğursuzluqla nəticələndi. Bu sənəddə bizə qarşı sənədlər və bəndlar var idi. Lakin bunların heç biri həmin təşkilata daxil olan ölkələr tərəfindən qəbul edilmədi. Çünki onlar bu ağ yalana etiraz etdilər. Ermənistanın Parisdə at oytatmağı və Fransa siyasətçilərini əla almağı isə gec-tez iflası uğrayacaq. Biz bunun canlı şahidi oluruq.
Hələ onlar bizə qarşı daha çox sənəd qəbul etmək niyyətindədirlər. Amma nə qədər çox qətnamə qəbul etsələr, bir o qədər də özlərini pis vəziyyətə qoyacaqlar. Fransada qəbul olunan sənədin digər ölkələrə təsirinə gəldikdə isə, öz maraqlarını üstün tutan hər bir dövlət bu qətnaməyə qarşı çıxacaq. Ona görə ki, Avropa Azərbaycanla əlaqələrə xüsusi diqqət yetirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region