Bəhruz Quliyev: “Azərbaycan dördüncü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biridir”
Fidan Həmişəyeva
09:27 24.01.2020
Aktual
533
“Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda keçirdiyi çoxsaylı görüşləri bir daha sübut edir ki, ölkəmiz əməkdaşlıq və tərəfdaşlıq üçün nə qədər əhəmiyyətlidir və geopolitik nöqteyi nəzərdən çox mühümdür. Bu, eyni zamanda ölkə rəhbərimizin dünya siyasətçilərinin, iqtisadçılarının, biznesmenlərin və s. tanınmış şəxslərin qarşısında mövcud olan böyük nüfuzunun göstəricisidir”.
Bu fikirləri Sherg.az-a açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev dövlət başçısı İlham Əliyevin Davos İqtisadi Forumundakı fəaliyyətini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu beynəlxalq tədbir ərəfəsində cənab İlham Əliyevin Forumun rəsmi saytda işıqlandırılan məqaləsi, həmçinin onun bir sıra dövlət adamları, nüfuzlu iqtisadçılar, şirkətlər qarşısında maraq dairəsində olması da belə deməyə zəmin yaradır ki, Azərbaycanın dinamik inkişafı dünya ölkələrinin diqqət mərkəzindədir:
“Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşü xüsusi əhəmiyyət kəsb edir və gələcək inkişaf planlarının realizəsinə, həyata keçirilməsinə daha münbit şərait yaradır. Ümumiyyətlə, Azərbaycanın əldə etdiyi hər bir nailiyyətin arxasında, eyni zamanda, Prezident İlham Əliyevin şəxsi nüfuzu, diplomatik bacarığı dayanır.
Cənab Borge Brende ilə görüşdə aparılan uğurlu fikir mübadilələri və Azərbaycanın regionda iqtisadiyyat, nəqliyyat, infrastruktur sahələrində oynadığı rolunun vacibliyinin vurğulanması növbəti əhəmiyyətli hadisə ilə yadda qaldı və mühüm sənəd imzalandı. Ötən il imzalanmış memorandumun davamı kimi imzalanan niyyət protokolu ölkəmizin regionda və beynəlxalq aləmdəki yerini və rolunu daha da möhkəmləndirəcək, yeni perspektivlər, imkanlar qazandıracaq. İmzalanan sənədə əsasən, Forumun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması barədə müştərək qərarın verilməsi də deyilənləri köklü şəkildə isbatlayır. Çünki bənzər mərkəzlər məhdud saydadır və imzalanma əsnasında bu amil xüsusilə vurğulandı, bildirildi ki, burada əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir. İlham Əliyevin imza törənindən sonra irəli sürdüyü fikirləri də bu cür qənaətə gəlməyə əsas yaradır ki, Azərbaycan Davos Forumu ilə bu mühüm sənədi imzalayan ilk ölkələr sırasındadır. Həqiqətən də bizim əlaqələrimiz də keyfiyyətcə yeni mərhələdədir .
Daha bir diqqətçəkici məqam isə cənab Borge Brendenin irəli sürdüyü fikirləridir. O, prezident İlham Əliyevin qətiyyətini, iradəsini, qarşıya qoyduğu hədəfləri həyata keçirməsini xüsusilə vurğuladı və Azərbaycanın dördüncü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacağını əminliklə bildirdi. Əlbəttə, bütün bunlar çox qısa zaman kəsimində əldə edilən nəhəng uğurların göstəricisi, bu uğurların təməlinin nə qədər möhkəm dayaqlara söykəndiyinin məntiqi nəticəsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm