“Bəy bulağı” hazırdır, gələn il biri də inşa olunacaq
Yusif Nəzərli
06:51 01.09.2022
Aktual
670
Zəlimxan Məmmədli: "Mən istirahət vaxtlarımı kabab yeməklə keçirmirəm"
"Bulaq inşa etdiyimiz kəndlə heç bir qohumluğum, tanışlığım yoxdur. Azərbaycanın ayağımızı qoyduğumuz hər torpaq qarışı Vətəndir, yurddur"
“Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədlinin feysbuk profilində paylaşdığı məlumat ictimaiyyətdə maraqla qarşılanıb. Birlik rəhbəri İsmayıllı rayonunda bulaq tikintisini əks etdirən fotoları öz səhifəsində paylaşaraq, gördükləri iş barədə qısa məlumat verib. Z.Məmmədli qeyd edib ki, düzəltdikləri bulaq Hacıhətəmli kəndindən Göyçay çayı istiqamətində Kurdeldarbəyli kəndi səmtində iki dağın arasında yerləşir. Bulağın adı da diqqət çəkib. Birlik sədrinin sözlərinə görə, su çeşməsi məxsusi olaraq “Bəy bulağı” adlandırılıb.
Daha ətraflı məlumat almaq üçün hazırda İsmayıllıda olan “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli ilə əlaqə saxladıq. O, bulağın tamamlanma mərhələsində olduğunu və sentyabrın 1-də açılışının ediləcəyini söylədi. Z.Məmmədli ötən il belə bir bulağın tikilməsi ilə bağlı söz verdiyini dedi:
“Sabah, yəni bulağın açılışında daha ətraflı məlumat verəcəyik. Keçən il söz vermişdim. Türk əxlaqında söz vermək dindən, imandandır. Əgər söz verdinsə, ya yerinə yetirməlisən, ya da sözünü geri götürməlisən. Ötən ilin avqust ayında, mərhum Əbülfəz Elçibəyin haqq dünyasına qovuşduğu günə az qalmış verilmiş sözümüz var idi. Bura köhnə, baxımsız bulaq yeriydi. Qərara gəldik ki, yeni bulaq inşa edək. Sözümüz havada qalmadı və reallaşması üçün əlimizdən gələni etdik. İndi bulağın yekunlaşma işlərini görürük. Sentyabrın 1-də açılışını edəcəyik. Açılış da simvolik olacaq, hay-küy yaratmaq niyyətimiz yoxdur.
Sadəcə öz ətrafımız, yaxınlarımız, dost-tanışın iştirakı ilə 5-10 dəqiqəlik açılış mərasimi təşkil ediləcək. Niyə “Bəy bulağı”nı tikdik, Azərbaycan insanının gücü-qüdrəti hara qədərdir və bu gücdən istifadə olunurmu? Gələcək Azərbaycanın inşa olunması millətinmi, yoxsa yadların boynundadır? Açılışda bunlarla bağlı mesajlarımızı verəcəyik. Biz xeyir iş görürük. Bulağı, bayrağı, adını görənlərin sevincini, qürurunu açıq-aşkar görürük”.
Z.Məmmədli qeyd edib ki, “Bəy bulağı”nın özü bir əzəmətdir:
“Biz bəyliyimizə, özümüzə qayıtmalıyıq. Bu əməlimiz də özünüdərkdir. Vətəndaş təşəbbüskarlığının motivasiyasıdır. Heç kimin sağolunu, minnətini istəmirik. Növbəti ildə daha bir bulaq inşa edəcəyik. Mən istirahət vaxtlarımı kabab yeməklə keçirmirəm. Həmişə yaradıcılıqla, nələrsə etməklə vaxtımı keçirirəm. Bu da onlardan biridir. Bulaq inşa etdiyimiz kəndlə heç bir qohumluğum, tanışlığım yoxdur. Azərbaycanın ayağımızı qoyduğumuz hər torpaq qarışı Vətəndir, yurddur. Sevilməli və qulluq görməlidir. Bizim işimizin də fəlsəfəsi budur. Usta Amilin rəhbərliyi ilə bulağı mən, ailəm, nəvəm Aqil, dostum inşa etmişik və gözəl də bir iş ərsəyə gəlib. Onu da deyim ki, bulağın suyu möhtəşəmdir.
Həkim kimi bunu deyirəm. Xarab olan sular insana köp verir, narahat edir, digər fəsadları olur. Amma bu bulağın suyu çox gözəl və rahatdır. Bu sudan dadan əl çəkməyəcək. Samovarımız da yanımızdadır, hərdən çay dəmləyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə