“Bir millət, iki dövlətin gücünü göstərdim” - Türkiyəli atlet
Yusif Nəzərli
14:26 27.04.2023
Aktual
352
“Ermənistanda bir millət, iki dövlətin gücünü göstərdim”.
Bakupost.az xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının qalibi olan Türkiyə millisinin üzvü Nuray Güngör Bakıya səfərləri zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
Qitə birinciliyində iki qızıl, bir bürünc medal qazanan 23 yaşlı idmançı təmtəraqlı qarşılanmaya görə təşəkkürünü bildirib: “Bu, bir daha Azərbaycan və Türkiyə qardaşlığını ortaya qoyur. Orada Azərbaycana qarşı olan hörmətsizlik bizə də edilmiş sayılır. Azərbaycan yığması həmin hadisədən sonra yarışı tərk etməli oldu. Dedim ki, onlar yoxdurlarsa, biz varıq. Ən gözəl cavabımız dövlət himnimizin səslənməsi oldu. Bunun ayrı qüruru var”.
Türkiyəli atlet yarış zamanı Azərbaycanda onları dəstəkləyənlərə minnətdarlıq edib: “Medallarımı Azərbaycan xalqına ərmağan edirəm”.
Qeyd edək ki, Nuray Güngörlə yanaşı, Ermənistandakı Avropa çempionatında qızıl medal qazanan digər türkiyəli atletlər Cansu Bektaş, Yusuf Fehmi Genc, gümüş mükafatçı Qamze Altun və federasiya nümayəndələri Prezident İlham Əliyevin dəvəti ilə Bakıya gəliblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məşhur aktyor 9 övladı ilə tədbirə qatıldı
00:22 22.04.2026
Şou
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya