Biz Zəngəzur dəhlizinin reallaşmasını tələb edirik
Yusif Nəzərli
09:49 24.02.2023
Aktual
499
Rəsmi Bakı Laçın yolu ilə bağlı təklif irəli sürərkən qarşılıqlı prinsipə əsaslanır
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın lüksemburqlu həmkarı ilə görüşdə səsləndirdiyi ittihamlara cavab verib. XİN yaydığı bəyanatda Mirzoyanın əsassız fikirlərini qətiyyətlə pislədiyini bildirib. Qeyd olunub ki, Ermənistan xarici işlər naziri hər zaman olduğu kimi, sülh prosesi üzrə aparılan müzakirələri və danışıqları təhrif edərək manipulyasiya ilə məşğul olur:
"Ermənistan tərəfi verdiyi bəyanat ilə bölgədə sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirir. Laçın yolundan sui-istifadə hallarının qarşısını almaq məqsədilə Azərbaycan tərəfinin sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması təklifinin "güc tətbiqi" kimi qiymətləndirilməsi bir daha göstərir ki, Ermənistan Laçın yolunda şəffaflığın təmin edilməsində maraqlı deyil. İrəvanın təklifdən imtina etməsi bir daha göstərir ki, Ermənistan tərəfinin əsl niyyəti etiraz aksiyalarının “blokada” və “gərgin humanitar vəziyyət” yaratdığı barədə iddialarını təkrarlamaqdır. Əslində Laçın yolunda aksiyaların “humanitar vəziyyət” yaratdığı iddialarının heç bir əsası yoxdur və Ermənistan bu iddiadan yalnız siyasi məqsədləri üçün istifadə edir". Vurğulanıb ki, Azərbaycan tərəfi həmçinin Qarabağ bölgəsinə kənardan gələn və özünü erməni sakinlərin nümayəndəsi kimi təqdim edən şəxslərlə deyil, əvvəllər olduğu kimi erməni sakinləri təmsil etmək hüququ olan nümayəndələrlə dialoq aparmağa hazır olduğunu bəyan edib: "Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə, habelə ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqları Praqa və Soçi razılaşmalarına uyğun olaraq Azərbaycanın daxili işlərinə qarışmamalı və ərazi iddialarından əl çəkməlidir". Həmçinin bildirilib ki, Lüksemburq nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə və beynəlxalq hüququn müvafiq prinsiplərinə tamamilə zidd olaraq nümayiş etdirdiyi qərəzli mövqeyi tamamilə əsassızdır:
"Görünür ki, əvvəllər olduğu kimi, Lüksemburq tərəfi Ermənistan tərəfinin saxta təbliğatının əks olunduğu tezislərdən istifadə təcrübəsindən hələ də əl çəkməyib. Bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneə ola bilməyəcəyini bir daha bəyan edirik".
Politoloq Turab Rzayev "Şərq"ə bildirib ki, Azərbaycan Laçın yolunda sadəcə dinc etiraz aksiyası keçirilir və heç bir "güc tətbiqindən" söhbət getmir. Analitikin sözlərinə görə, yol humanitar məqsədlər üçün tam açıq vəziyyətdədir:
"Əgər öz ərazimizdə olan Laçın yolunun hansısa formada bağlanması, yaxud orada nəzarət-buraxılış məntəqəsi təşkil etmək istəsək belə, buna kənar ölkələrin qarışmaq haqqı yoxdur. Bu, dövlətimizin verəcəyi daxili qərardır və başqa ölkələrlə məsləhətləşməyə ehtiyac yoxdur. Söhbət Azərbaycan sərhədləri içində olan bir bölgədən gedir. Ən əsası isə odur ki, rəsmi Bakı Laçın yolu ilə bağlı təklif irəli sürərkən qarşılıqlı prinsipə əsaslanır. Prinsip odur ki, biz üçtərəfli sazişə əsasən Zəngəzur dəhlizinin reallaşmasını tələb edirik. Əvəzində isə Ermənistanın rahat şəkildə Laçın yolundan istifadəsinə şərait yaradırıq. İrəvan həqiqətən bölgədə sülhün tərəfdarıdırsa, bu şərtlərə əməl etməlidir. Ancaq əfsuslar ki, erməni tərəfi sadəcə özlərinə sərf edən məqamları qabardır. Bu da onu göstərir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasına qətiyyən tələsmir və mümkün qədər uzatmağa çalışır. Sərhədlərin müəyyən edilməməsi gələcəkdə yeni qarşıdurmalara, münaqişələrə, atəşkəsin davamlı pozulmasına səbəb ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm
Zaxarova Xəzər dənizində müharibə xəbərdarlığı etdi
13:30 23.04.2026
Gündəm
Nino Tsilosani: Gürcüstan müharibə ilə hədələnir
13:19 23.04.2026
Region
Kobaxidze istefası ilə bağlı xəbərləri şərh edib
12:53 23.04.2026
Region
Türkiyə nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə olub
12:42 23.04.2026
Gündəm
TƏBİB kadr dəyişiklikləri ilə bağlı açıqlama yayıb
12:39 23.04.2026
Aktual
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib
12:34 23.04.2026
Şou
İran Azərbaycana çağırış etdi
12:26 23.04.2026
Region