
Blinkeni Ankaraya gətirən SƏBƏB:“Strateji əhəmiyyəti olan "siyasi bazarlıq"...”
Yusif Nəzərli
15:40 20.02.2023
Aktual
508
"ABŞ-nin dövlət katibi Entoni Blinkenin Türkiyə səfəri mövcud situasiyada rəsmi Ankara üçün siyasi-diplomatik cəhətdən böyük əhəmiyyət daşıyır".
Bunu "Sherg.az"a siyasi ekspert Elçin Xalidbəyli deyib. O diqqətə çatdırıb ki, hazırda dağıdıcı zəlzələdən sonra Türkiyənin yardıma və dəstəyə ehtiyacı var:
"Ağ Ev təmsilçisi Ankaraya səfəri zamanı ABŞ-nin daha 100 milyon dollar həcmində yardım ayırdığını bəyan edib. Ağ Evin bu davranışı digər ölkələr və beynəlxalq maliyyə qurumları üçün də müəyyən mənada, yardım məsələsində stimulverici örnək rolunu oynaya bilər. Digər tərəfdən, ABŞ və Türkiyə arasında müəyyən problemlər də mövcuddur. Böyük ehtimalla, dövlət katibi Entoni Blinken bu məsələlər ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğanla anlaşmağa çalışacaq. Ağ Evin əsas gözləntiləri Türkiyənin İsveç və Finlandiyaya NATO üzvü olmaq şansı tanıması ilə bağlıdır. Bir neçə gün öncə Ankaraya səfər etmiş NATO baş katibi Yens Stoltenberq bu məsələ ilə əlaqədar Türkiyə rəsmi dairələri ilə anlaşa bilməmişdi.

Ona görə də ABŞ dövlət katibinin bu mövzuda daha cəlbedici təkliflər irəli sürə biləcəyi qətiyyən istisna deyil. Çünki rəsmi Ankara ABŞ-dan F-16 döyüş təyyarələri satın almağa çalışır. Yəqin ki, bu iki məsələ danışıqlar masasında paralel olaraq, müzakirə ediləcək. Eyni zamanda ABŞ Türkiyənin Rusiyadan məsafə saxlamasını da istəyir. Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Rusiyaya Türkiyə üzərindən sanksiyalardan yayınmaq imkanı verilmədiyini bəyan etməsi bu məsələ ətrafında müəyyən uzlaşmanın olduğunu büruzə verir.
Rəsmi Ankara ABŞ-dan PKK/PYD-yə dəstəyini dayandırmasını da tələb edir. Bu baxımdan, müzakirə masasında kifayət qədər ciddi mövzular mövcuddur. Ona görə də, ABŞ dövlət katibi Entoni Blinkenin rəsmi Ankara ilə strateji əhəmiyyət daşıyan bəzi məsələlərlə bağlı "siyasi bazarlıq" içərisində ola biləcəyi qətiyyən şübhə doğurmur. Ancaq bunun nəticələri yəqin ki, dərhal deyil, bir müddət sonra aydın olmağa başlaya bilər".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb. Görüş Ankarada Esenboğa Hava Limanının Böyük Şöhrət Zalında baş tutub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm
Zaxarova Xəzər dənizində müharibə xəbərdarlığı etdi
13:30 23.04.2026
Gündəm
Nino Tsilosani: Gürcüstan müharibə ilə hədələnir
13:19 23.04.2026
Region
Kobaxidze istefası ilə bağlı xəbərləri şərh edib
12:53 23.04.2026
Region
Türkiyə nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə olub
12:42 23.04.2026
Gündəm
TƏBİB kadr dəyişiklikləri ilə bağlı açıqlama yayıb
12:39 23.04.2026
Aktual
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib
12:34 23.04.2026
Şou
İran Azərbaycana çağırış etdi
12:26 23.04.2026
Region