Britaniya ordusunda hərbçiləri ağıllı silahlar əvəzləyir
Yusif Nəzərli
21:15 12.10.2021
Aktual
622
Şair Ramaldanov: "Gələcəkdə ordulara daha az heyət cəlb ediləcək"
"Vətən müharibəsində gördük ki, həmin pilotsuz uçan aparatlar həm kəşfiyyat funksiyasını, həm də idarəetməni yaxşı yerinə yetirir"
Böyük Britaniya ordusunda hərbçilər planlı şəkildə ixtisar edilir. Müdafiə Nazirliyi hərbi büdcəni 24 milyard funta qədər artırmağı planlaşdırsa da, vəsaitlərin bir hissəsini kiber silahlara və PUA-lara xərcləməyə üstünlük verəcək. Hərbi qulluqçuların sayı isə 81 mindən 72 min nəfərə endiriləcək.
Mövzu ilə bağlı hərbi ekspert Şair Ramaldanov "Şərq"ə açıqlamasında bildirib ki, müasir dövrdə təkcə orduda deyil, bütün sahələrdə ağıllı cihazlar istehsal olunur. Hərbi ekspert qeyd edib ki, bu ağıllı cihazlar artıq insanları əvəz edir və keyfiyyət cəhətdən də onlardan daha çox işgüzardır:
"Əlbəttə, bu proseslər digər istiqamətlər kimi hərbidən də yan keçmir. Təbii ki, son dövrlər rəqəmsal silahlar qarşıya qoyulan hədəfləri daha asanlıqla yerinə yetirir. Bu, normal bir prosesdir. Məsələn, götürək pilotsuz uçan aparatları. Pilotsuz uçan aparatlar kəşfiyyat, zərbə endirmə, idarəetmə və bir neçə funksiyanı özündə daşıyır. Hətta onlar hədəflər haqqında məlumatı dəqiqliklə ötürmə kimi funksiyaya da malikdir. Məsələn, böyük bir ərazini təmizləmək üçün bir neçə kəşfiyyat qrupu getməlidir. Ancaq pilotsuz uçan aparatlar, dronlar vasitəsilə geniş bir ərazi haqqında qısa bir zamanda müəyyən bir məlumat toplamaq mümkündür. Hətta metrəsinə kimi dəqiqliklə onun koordinatlarını vermək mümkündür, yəni bu texniki məsələlər avtomatik şəkildə həll olunur. Bizim müharibədə istifadə olunan "Bayraqdar"ı götürək. "Bayraqdar"lar bu günləri müasir təyyarə funksiyasını özündə daşıyır. Tutaq ki, hər hansı bir təyyarəni idarə etmək üçün heç olmasa bir-iki pilot lazımdır. Bəlkə də o təyyarə "Bayraqdar"ın funksiyalarını tam şəkildə heç yerinə yetirə bilməz. Ona görə ki, təyyarə hava hücumundan müdafiə sistemi olsa da, onun aşkar olunaraq, vurulma ehtimalı çoxdur. Bu da insan itkisinə gətirib çıxarır".
Ş.Ramaldanov əlavə edib ki, bu günləri müəyyən robotlar istehsal olunur və onlar insan funksiyasını yerinə yetirir:
" Bilirsiniz ki, bəzi cihazlar var ki, onları həm müşahidə, həm də hədəfə yönəltmək üçün istifadə etmək olar. Bu günləri Böyük Britaniyada da bu prosesə doğru gedilir. Onların da pilotsuz uçuş aparatlara və kiber silahlara üstünlük verməsi normaldır. Çünki müasir ordular artıq bu istiqamətdə inkişaf edir. Silah sərgisində kiber texnika, kibersilah, ağıllı silahlar və avadanlıqlar nümayiş olunur. O silahlar deyərdim ki, qarşıya qoyulan tapşırıqları heç də insandan pis yerinə yetirmir. Əlbəttə, hər hansı bir kibersilah, avadanlıq, rəqəmsal texniki vasitəsi olsa da onları yenə insan idarə edir, yəni insan faktoru onun idarə edilməsində var. Sadəcə, bəzən yüz nəfərin yerinə yetirə biləcəyi tapşırığı məhz bu texnki avadanlıqlar vasitəsilə bir insan çox uğurla həyata keçirir. Ona görə də düşünürəm ki, gələcəkdə ordulara daha az heyət cəlb ediləcək. Daha çox kiber silahlardan, avadanlıqlardan istifadə olunacaq. Biz bunun ilkin elementlərini Vətən müharibəsində də gördük. Gördük ki, həmin pilotsuz uçan aparatlar həm kəşfiyyat funksiyasını, həm də idarəetməni yaxşı yerinə yetirir. Həmçinin, hədəflər haqqında və koordinatları metrəsinə kimi dəqiqliklə ötürə bilir. Görünür, Böyük Britaniya da bu istiqamətdə dəyişikliklərə başlayıb. Hesab edirəm ki, bundan sonra dünyada bu proses daha da sürətlə inkişaf edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İranın 3 neft tankerini vurdu
20:00 05.09.2026
Gündəm
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı