Brüsseldə keçiriləcək mitinqin təşkilatçısı: "Güney Azərbaycan türklərinin haqq səsini dünyaya çatdıracağıq"
Yusif Nəzərli
09:03 23.03.2023
Aktual
437
"Martın 25-də Brüsseldə keçiriləcək “Azadlıq və ədalət yürüşü” adlı mitinqində Güney Azərbaycan türklərinin haqq səsi bütün dünya ictimaiyyətinə çatdırılacaq".
Bu fikirləri "Report"a açıqlamasında Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqinin təşkilatçılarından biri Mahmud Bilgin deyib.
Onun sözlərinə görə, mitinqə bir çox Avropa və Skandinaviya ölkələrindən çox böyük maraq var:
"Məndə olan məlumatlara görə, Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya, Skandinaviya ölkələrində yaşayan insanlar aksiyada iştirak edəcəklər. Hesab edirəm ki, çox böyük bir toplantı olacaq. Aksiyada milli bayrağımız qaldırılacaq. Bu mitinqdə Güney Azərbaycan türklərinin İran rejiminə qarşı mücadiləsinin haqq səsi bütün azad dünya ictimaiyyətinə çatdırılacaq. Belə ki, biz göstərəcəyik ki, Güney Azərbaycan öz varlığını əldə etmək üçün yatmayıb və hərəkətdədir. Bizim əsas məqsədimiz bütövlüyümüzlə bağlıdır. Daxilimizdə çox gözəl birlik nümunəsi yaranıb. Bizim hər birimizin ürəyi Azərbaycan üçün döyünür".
Mahmud Bilgin bildirib ki, mitinqin yekunu ilə bağlı qətnamə hazırlanacaq:
"Toplantını işıqlandırmaq üçün çoxsaylı beynəlxalq media qurumları da dəvət edilib. Düşünürük ki, molla, fars rejimi tərəfindən aksiyada təxribat da törədilə bilər. Biz bununla bağlı da tədbirlərimizi görmüşük. Ümid edirəm ki, biz qarşımıza qoyduğumuz məqsədə uğurla nail olacağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual