Çingiz Qənizadə: "İnanmıram ki, BQXK bu boyda saxtakarlığa getsin"
Yusif Nəzərli
11:34 27.04.2023
Aktual
515
"Məktub beynəlxalq təşkilatın blankında yazılıb"
"Əsgərlərimiz Azərbaycana sağ-salamat qayıdacaqlar"
Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Bəbirov anası Dürdanə Bəbirovaya məktub göndərib. Dürdanə Bəbirova "Modern.az"a açıqlamasında bildirib ki, oğlunun əsirlikdə yazdığı məktubu Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri onlara çatdırıblar. Lakin Dürdanə Bəbirova məktubun oğlu tərəfindən yazıldığına şübhə ilə yanaşdığını söyləyib. Onun sözlərinə görə, məktub oğlunun xətti ilə yazılmayıb. Anası deyib ki, o, övladının xəttini tanıyır: "Bizə verilən məktubu o yazmayıb. Oğlumu 100 faiz sorğu-sual ediblər, oğlum deyib, ermənilər də yazıb.
Öz xəttinə qətiyyən oxşamır”. Sözügedən məktubda bunlar yazılıb: "Salam, anam, atam. Mən yaxşıyam. Burada heç bir problem yoxdur, narahat olmayın". Qeyd edək ki, bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Sherg.az"a açıqlamasında deyib ki, iki əsgərimiz qeyri-qanuni və saxta ittihamlarla Ermənistanda həbs edilib.
Hüquq müdafiəçis bildirib ki, bütün vasitələrdən istifadə etməklə məhkəməni və istintaqı gözləmədən əsgərlərimizin azad olunması üçün əlimizdən gələni etməliyik:
"İstintaq və məhkəməni gözləsək, bu proses uzanacaq. Təbii ki, gec-tez iki əsgərimizi ermənilərdən alacağıq. Düzdür, erməni tərəfi bunu alver predmetinə çevirə bilər, amma əsas odur ki, əsgərlərimizin Azərbaycana sağ-salamat qayıtması reallaşacaq.
Məktubla bağlı isə onu deyim ki, inanmıram ki, beynəlxalq təşkilat olan Qırmızı Xaç Komitəsi bu boyda saxtakarlığa getsin və başqa adamın yazdığı məktubu əsgərin anasına çatdırsın. Dürdanə xanım anadır, təbii ki, övladının taleyinə görə narahatdır. Xüsusən, əsirlərimizə qarşı işgəncələri əks etdirən video-görüntülərin yayılmasından sonra valideynlərin narahatlığını başa düşürük.
Ancaq bir tərəfdən BQXK əsgərlərimizlə bağlı məsələni nəzarətə götürübsə, onların taleyi və sağlamlığı şübhə altında ola bilməz. Onların üzərində beynəlxalq bir qurumun nəzarəti var. Məktub da beynəlxalq təşkilatın blankında yazıldığı üçün saxta olduğunu, kimlərinsə diktəsi ilə yazıldığına inanmıram. Sadəcə indiki durumda hər iki əsgərimizin ailəsinə dözümlü və mətin olmağı arzulayıram.
Azərbaycan dövləti və onun Prezidenti heç bir vətəndaşın taleyinə biganə qalmayacaq. Ona görə əminliklə qeyd edirəm ki, əsgərlərimiz Azərbaycana sağ-salamat qayıdacaqlar. Bu, mütləq baş verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məşhur aktyor 9 övladı ilə tədbirə qatıldı
00:22 22.04.2026
Şou
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya