Ərdoğan: “İraq və Suriyadakı əməliyyat təkcə hava zərbələri ilə məhdudlaşmayacaq”
Yusif Nəzərli
11:36 21.11.2022
Aktual
427
“Qurudan və havadan nə lazımdırsa, etdik. Bundan sonra da etməyə davam edəcəyik”.
Bu barədə Qətər səfərindən dönən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Ərdoğan İraq və Suriyanın şimal istiqamətində “Pençe Kılıç” hava əməliyyatının quru əməliyyatı ilə davam edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.
“Bunu asanlıqla deyə bilərəm ki, əvvəla, İraq və Suriyanın şimalındakı bu əməliyyat “kim nə deyər, necə olar” fikirləri ilə həyata keçirilən əməliyyat deyil. Əvvəl də dediyimiz kimi, əgər kimsə ölkəmizə, torpaqlarımıza narahatlıq yaradırsa, bunun əvəzini onlardan çıxacağıq. Belə ki, hazırda da cənub bölgəmizdə hücumlar planlaşdıran və ya belə hücumları həyata keçirən, təhlükə yaradan bir çox terror təşkilatları var. Bu qruplaşmalar İraq tərəfində də, Suriya tərəfində də mövcuddur.
Həmişə söylədiyim kimi, “Bir gecə anidən gələ bilərik” ifadəsini boş yerə deməmişik. Belə ki, gözlənildiyi, hazırlıqları aparıldığı və planlaşdırıldığı vaxtda da bu addımlar atıldı. Ötən gecə həyata keçirilən əməliyyat da bunun tam təzahürü idi. Çünki bu terror təşkilatlarının zərərsizləşdirilməsi və məhv edilməsi hazırda təhlükəsizlik qüvvələrimizin əvəzsiz vəzifəsidir. Həm də bu təkcə hava əməliyyatı ilə məhdudlaşmaycaq. Quru qoşunlarından nə qədər güc cəlb edilməsi ilə bağlı müvafiq bölmələrimiz, Müdafiə Nazirliyimiz və Baş Qərargahımız birlikdə qərar verəcəklər. Məsləhətləşmələr aparıldıqdan sonra müvafiq addımlar atılacaq. Burada iştirak edən dövlətlərlə də artıq diplomatik əlaqələrimiz qurulub, addımlarımızı da buna uyğun olaraq atmışıq və atmağa da davam edirik”, - deyə Türkiyə prezidenti qeyd edib.
Rəcəb Tayyip Ərdoğan vurğulayıb ki, hava və quru əməliyyatları ilə bağlı bütün mümkün tədbirlər görüləcək.
“Qurudan və havadan nə lazımdırsa, etdik. Bundan sonra da etməyə davam edəcəyik”, - deyə Ərdoğan bildirib.
Mənbə: Hürriyet
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region