
Ermənistan hücum silahları alır: İrəvan hələ də ağlını başına yığmayıb? -RƏY
11:22 21.11.2024
Aktual
562
Ermənistan əlavə olaraq daha 78 ədəd ATAGS yedəkli artilleriya sisteminin alınması ilə bağlı danışıqlar aparır. Bu barədə “Indian Defense Research Wing” (IDRW) məlumat yayıb. Bu, əvvəllər Ermənistana təhvil verilmiş, ölkənin müxtəlif landşaftlarında müstəsna imkanlar nümayiş etdirən ATAGS-in uğurlu fəaliyyətinin nəticəsidir. Altı haubitsadan ibarət ilk partiya Ermənistanda həm yüksək dağlıq ərazilərdə, həm də düzənliklərdə geniş sınaqdan keçirilib. Sınaqlar uzun məsafələrdə dəqiqliyi və yüksək etibarlılığı təsdiqləyib, bu da Ermənistan hakimiyyətini daha geniş miqyasda satın almağı düşünməyə vadar edib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, ATAGS-ın yeni partiyasını təkmilləşdirmək üçün hərbçilərin istəklərini ifadə edib. Artıq silahın işini asanlaşdıran erməni dilində interfeys də var. Ermənistanın artilleriya sistemini ordusunun xüsusi tələblərinə uyğunlaşdırmaq üçün kiçik təkmilləşdirmələr təklif edəcəyi gözlənilir. Əlavə 78 ədəd ATAGS qurğusu üçün perspektiv saziş Ermənistan və Hindistan arasında artan müdafiə əməkdaşlığında növbəti mərhələdir. Qeyd edək ki, son illər Ermənistan Hindistanın silahlarının əsas alıcısına çevrilib.
Hərbi ekspert Emil Həsənli “Sherg.az”a bildirib ki, Ermənistan hələ də ağlını başına yığmayıb:

“Müharibədən sonra biz düşünürdük ki, Ermənistan reallığı qəbul edəcək. Amma Ermənistan əksinə olaraq Fransa, Hindistan kimi ölkələrdən silahlanmağa başlayıb. Həmin silahlar isə hücum silahlarıdır. Əvvəllər Ermənistan bəhanə gətirərək bildirirdi ki, müdafiə silahları alırıq. Ermənistanın qonşuluğunda Azərbaycan, Türkiyə, İran və Gürcüstan olmaqla dörd ölkə yerləşir. Ən böyük qonşuluğu isə Azərbaycanladır. Sual yaranır Ermənistan sözügüdən ölkələrin hansıyla savaşa hazırlaşır ki, belə silahlara sahiblənir? Lakin Ermənistanın hərbi, iqtisadi, siyasi resursları həmin ölkələrin heç biri ilə müharibə aparmağa imkan vermir. Ermənistan uzun müddət Rusiyanın ən müasir silahlarını əldə etdi. O silahlanan zaman hesab edirdi ki, Azərbaycanın yeni ərazilərini işğal edə biləcək. Azərbaycan Ordusu isə qısa müddət ərzində torpaqlarını işğaldan azad etdi. Daha sonra bir günlük lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan öz suverenliyini qazandı. Bu gedişlə Ermənistanın dövlət olaraq mövcudluğu sual altına düşəcək. Ermənilər Türkmənçay müqaviləsindən sonra, yəni bölgəyə köçürüldükdən sonra işğal, soyqrımı, separatizm siyasətini həyata keçiriblər. Ermənilərin belə addımları sonsuza qədər davam edə bilməz. Ermənistanın arxasında duranlar onun ağlını başına gətirməlidir. Çünki dəmir yumruq hər an yerindədir. Əks halda ermənilər gəldikləri yerə qayıdacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm