
Fransanın "barmağı": Paris Azərbaycanla Ermənistan arasında sülh istəmir
12:53 21.02.2024
Aktual
516
Münhendə keçirilən ikitərəfli görüşün nəticəsi olaraq münasibətlər normallaşması gözləniləndir. Eyni zamanda
sülh müqaviləsinin imzalanması realdır. Bunun üçün isə Ermənistanın siyasi iradəsi tələb olunur. Amma təəssüf ki, hələ də Ermənistanda sülh üçün maneələr qalır. 20 fevral Qarabağda separatizmin başlanğıcının növbəti ildönümü ilə bağlı mövcud olmayan “Arsax prezidentinin” və “rəsmilərinin” yenidən üzə çıxması, Yerevanda mövcud olmayan “Arsax nümayəndəliyinin” hələ də saxlanması və erməni separatizminin ildönümü günü orada bəzi canlanmanın hiss olunur. Bu isə sülh prosesinə əngəl olan başlıca amillərdir.
Məsələ ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün münbit şərait yaranıb:
“ “Dağlıq Qarabağ” problemi birdəfəlik həll olunub və Azərbaycan bütün ərazilərinə nəzarəti bərpa edib. Bu baxımdan yekun sülh müqaviləsi qarşısında ciddi əngəl qalmayıb. Problem Ermənistanın müstəqil xarici siyasət iradəsinə malik olmamasındadır. Ermənistan Qərb siyasi dairələrinin, xüsilə də Fransanın təsiri altındadır. Paşinyan hakimiyyəti Fransadan gələn tapşırıqlar əsasında hərəkət edir. Rəsmi Paris Ermənistanın Azərbaycanla yekun sülh sazişi imzalamasına qarşı çıxır. Fransanın Cənubi Qazqazdakı maraqları regionda sülhün deyil, savaşın olmasını diqtə edir. Hazırda Fransanın əsas hədəfi Cənubi Qafqazda növbəti dəfə silahlı toqquşma yaratmaqla gərginliyi artırmaqdır. Burada Fransanın məqsədi Ermənistan üzərindən Cənubi Qafqaza qoşun yeritmək bəhanəsi qazanmaqdır. Ona görə də Fransa tərəfindən Cənubi Qazqazda müharibə şəraitinin yaradılmasına cəhd göstərilir”.

Elçin Xalidbəyli bildirib ki, Fransanın digər hədəfi isə Zəngəzur dəhlizinə nəzarəti ələ keçirməkdir:
“Rəsmi Paris Zəngəzur koridoru ilə bağlı məsələnin üçtərəfli anlaşma çərçivəsində olmamasına çalışır. Çünki Avropa və Asiyanı birləşdirəcək nəqliyyaq-kommunikasiya xəttinə nəzarət etməyə yiyələnmək istəyir. Bununla da Zəngəzur dəhlizi vasitəsilə iki qitə arasında olacaq yük daşımalarına özü nəzarət etmək niyyətindədir. Eyni zamanda Fransa Orta Asiya ölkələrindən, xüsusilə də Qazaxıstandan uran idxal etməyə cəhd göstərir. Çünki Afrika ölkələri Fransaya uran satmaqdan imtina edirlər. Bu isə Fransanın energetika sahəsinə böyük təhlükə törədir. Praktikada uranın idxalı üçün hava yolundan istifadə edilmir. İndiki situasiyada isə Fransa uranı Azərbaycan ərazisindən keçirmək məcburiyyətindədir. Rəsmi Bakı isə Fransa-Azərbaycan münasibətlərinin indiki səviyyəsini nəzərə alaraq, rəsmi Paris üçün Orta Asiyadan uran daşımaq imkanı yaratmaq niyyətində deyil. Ümumi götürdükdə isə Fransanın Zəngəzur dəhlizə nəzarəti ələ keçirməkdə məqsədinin əsasında uran idxalı dayanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual