Gürcüstandan təxliyə olunacaq  200 Azərbaycan vətəndaşında COVID-19 aşkarlanmayıb



Gürcüstandan təxliyə olunacaq Azərbaycan vətəndaşlarından götürülən test nümunələrinin nəticələri açıqlanıb.

Azərbaycanın Gürcüstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, təxliyə olunacaq 200 nəfərin heç birində koronavirus aşkarlanmayıb.

Vətəndaşlarımız iyulun 13-də saat 10:00-da Azərbaycanın Tbilisidəki səfirliyinin qarşısından avtobuslarla “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.