Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü: Üç milyon ağac əkiləcək
09:02 21.03.2023
Aktual
423
Bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ölkə üzrə meşə və qeyri-meşə sahələrində, ümumilikdə 3 milyon ağacın əkilməsi nəzərdə tutulub.
“Report”un xəbərinə görə, görə, bu barədə Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev məlumat verib.
Xidmət rəsmisi xatırladıb ki, meşələrin əhəmiyyətini vurğulamaq, meşələrin mühafizəsini və yeni meşə əkinlərini təşviq etmək məqsədilə hər il 21 mart “Beynəlxalq Meşələr Günü” kimi qeyd olunur:
"Qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinin yumşaldılması istiqamətində başlıca fəaliyyət kütləvi yaşıllaşdırma işlərinin aparılması və meşə sahələrinin genişləndirilməsindən ibarətdir. Bu baxımdan Azərbaycanda da intensiv olaraq meşəbərpa tədbirləri aparılır, yeni meşə massivlərinin yaradılması üçün ardıcıl ağacəkmə aksiyaları həyata keçirilir, ağac əkilməsinin, yaşıllıqların genişləndirilməsinin təşviqatı aparılır".
O bildirib ki, tək ötən il və bu ilin müvafiq dövrü ərzində ölkənin meşə fondu torpaqlarının 1 605 hektarında əkin və səpin işləri aparılıb: "Bu il Ulu Öndərin anadan olmasının 100-cü ildönümü münasibətilə ölkə üzrə meşə və qeyri-meşə sahələrində, ümumilikdə 3 milyon ağacın əkilməsi nəzərdə tutulub”.
"Meşə fondu sahələrinin də builki əkin planı təsdiqlənib və bu il ölkə üzrə 1 050 hektardan artıq sahədə əkin və səpin işlərinin aparılması planlaşdırılır. Meşə sahələrinin və yaşıllıqların genişləndirilməsi işləri dünən, bu gün və sabah üçün prioritetdir" - V.Fərzəliyev əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol
Azərbaycan lideri Trinidad və Tobaqo Prezidentini təbrik edib
11:15 31.08.2026
Gündəm