İŞİD və “Taliban’’a qoşulan azərbaycanlı ilə bağlı QƏRAR
Yusif Nəzərli
08:57 28.04.2023
Aktual
324
Ali Məhkəmədə xarici dövlətin ərazisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak etməkdə təqsirləndirilən Valeh Nəbiyevin (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Valeh Nəbiyev qəsdən digərləri ilə birlikdə dini düşmənçilik zəminində Pakistan İslam Respublikası və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə 25 noyabr 2010-cu il tarixdə Astara sərhəd keçid məntəqəsindən keçərək İranın Zahidan şəhərinə gəlib. O, orada təxminən 20 gün qaldıqdan sonra Abdulla Azzam adlı şəxs vasitəsilə İran-Pakistan dövlət sərhədini keçərək Şimali Vəzistan vilayətinə gəlib. Valeh “Taliban’’ hərəkatının nəzarəti altında fəaliyyət göstərən “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi qanunsuz silahlı birləşməyə daxil olaraq həmin hərəkatın hərbi düşərgəsinə aparılıb, orada odlu silahlardan istifadə etmə, atəş açma və fiziki hazırlıq təlimləri keçib. Təlimlər başa çatdıqdan sonra silahlı birləşmə tərəfindən ona “Kalaşnikov” markalı avtomat verilməklə silahlı birləşmənin tərkibinə qatılmaq məqsədilə qəsdən silahlı birləşmənin fəaliyyətində 2010-cu ilin dekabr ayının sonlarından 2011-ci ilin may ayının sonlarınadək iştirak edərək 06 iyul 2011-ci il tarixdə Azərbaycana geri qayıdıb.
Cinayət materiallarında qeyd edilib ki, Valeh Nəbiyev həm Azərbaycanın, həm də Pakistanın qanunvericiliyinə görə cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmayıb.
Bundan başqa, təqsirləndirilən şəxs 17 iyul 2013-cü il tarixdə Türkiyəyə gedərək təkrarən qəsdən dini düşmənçilik zəminində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə Suriya Ərəb Respublikası ərazisində yaradılmış İŞİD terror təşkilatının tərkibində həmin dövlətin və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan “Əbu Yəhya” dini ləqəbli Aşurov Nicat Qəzənfər oğlunun rəhbərlik etdiyi silahlı birləşmənin tərkibinə qoşulub. O, özünün əldə etdiyi “Kalaşnikov” markalı avtomat silahı ilə 2013-cü ilin iyul ayının ortalarından 2014-cü ilin fevral ayının əvvəllərinədək həmin qanunsuz silahlı birləşmənin nəzarətindəki ərazilərdə yerləşən postların mühafizəsini həyata keçirməklə qeyd olunan cinayətkar birliyin (təşkilatın) fəaliyyətində iştirak edib. Valeh 12 fevral 2014-cü il tarixdə Azərbaycana qayıdıb. O, həm Azərbaycanın, həm də Suriyanın qanunvericiliyinə görə cinayət sayılan həmin əməllərə görə xarici dövlətlərdə məhkum olunmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya