İstanbul hava limanı sərnişin sayında rekord qırdı - 9 avqustda 289 min 732 sərnişin

Türkiyənin İstanbul hava limanı 9 avqustda 289 min 732 sərnişinə xidmət göstərərək həm Türkiyədə, həm də Avropada bütün zamanların ən yüksək gündəlik sərnişin sayına çatıb.

Sherg.az xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, yeni rekord İstanbulun qlobal aviasiyada mərkəz mövqeyini daha da gücləndirir.