"Onlayn media xəbərlərimizin Güneyə çatmasına çalışmalıdır"
Yusif Nəzərli
04:30 22.02.2023
Aktual
436
“Azərbaycan dövləti mövqeyini ortaya qoyub. İndi sıra bizdə - yazarlarda, onlayn və çap mediasında, TV-lərdədir. Güneydə Azərbaycan dilinin qorunması üçün Bakıda, Amerikada, Avropada yaşamasından asılı olmayaraq hər kəs əlindən gələni etməlidir”. Bu fikirlər jurnalist, Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərliyə məxsusdur. Beynəlxalq Ana dili Günü ilə bağlı paylaşım edən E.Cəfərli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından sitat verib: “İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır". E.Cəfərli qeyd edib ki, hansısa şəxsi problemlərə görə dilə ədavət bəsləmək cılızlıqdır:
- Unutmayaq, dünyada minlərlə xalq yaşayır, lakin onlardan cəmisi 193-nün dövləti var. Azərbaycan Respublikası 50 milyondan çox azərbaycanlının tək dövlətidir. “Bakıda yaşayanda mənə yataqxanada otaq vermədilər”, “oturum müddətini uzatmadılar”, "məni filan qurultaya çağırmadılar", tipli “hacıbala” səviyyəsində problemlərinə görə Azərbaycan dövlətinə, Azərbaycan dilinə qarşı qərəz, qəzəb hissi bəsləmək cılızlıqdır.
İran Türkiyənin, Türkmənistanın, Özbəkistanın yox, Azərbaycan adlı dövlətin, Azərbaycan dilinin varlığından narahatdır. Ona görə də Güney Azərbaycan Türkiyənin, Türkmənistanın, Özbəkistanın yox, bizim məsələmizdir. Çünki ortada ortaq keçmişimiz var, Türkmənçay var. İki yerə bölünən Azərbaycan xalqıdır, başqası deyil. Azərbaycan dili ilə bağlı bazar düşüncəli adamların sərsəm fikirlərindən uzaq olmalıyıq. Bütün gücümüzlə İranda Azərbaycan dilinin məhv edilməsinin qarşısını almalıyıq. Hər kəs bacardığı işin qulpundan yapışmalı, bu işə töhfə verməlidir. TV-lər Güneydə izlənən baxımlı verilişlər hazırlamalı, filmlər çəkməlidir. Nəşriyyatlar Güneylə bağlı kitablar çap etməlidir.
Onlayn media Azərbaycan dilli xəbərlərin Güneyə ulaşmasına çalışmalıdır. Boş-boş danışmaq, status yazmaq, “Mən 90-larda Bakıda İran səfirliyinin qarşısında piketdə olmuşam”, “Elçibəylə şəklim var” tipli şeylərlə öyünmək dövrü keçirib. Dünənə görə sağ ol, bu günə cavab ver.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm
Zaxarova Xəzər dənizində müharibə xəbərdarlığı etdi
13:30 23.04.2026
Gündəm
Nino Tsilosani: Gürcüstan müharibə ilə hədələnir
13:19 23.04.2026
Region
Kobaxidze istefası ilə bağlı xəbərləri şərh edib
12:53 23.04.2026
Region
Türkiyə nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə olub
12:42 23.04.2026
Gündəm
TƏBİB kadr dəyişiklikləri ilə bağlı açıqlama yayıb
12:39 23.04.2026
Aktual
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib
12:34 23.04.2026
Şou
İran Azərbaycana çağırış etdi
12:26 23.04.2026
Region