“Ordumuz özünün yenilənmə dövrünü keçirir”
Yusif Nəzərli
13:06 27.04.2023
Aktual
320
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı - 2023” beynəlxalq təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Mayın 2-də başlayacaq təlimə Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri cəlb olunacaq.
Azərbaycan, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və İngiltərə nümayəndələrinin iştirakı ilə keçiriləcək beynəlxalq təlim mayın 23-dək davam edəcək.
Təlimləri "Sherg.az"a dəyərləndirən hərbi ekspert Ramil Məmmədli qeyd edib ki, Azərbaycan silahlı qüvvələri bu gün özünün yenilənmə dövrünü keçirir:
"Bu yenilənmə beynəlxalq standartlar, dünyanın güclü orduya malik ölkələrinin təcrübəsindən bəhrələnmək, silah və texnikaları ilə tanış olmaqla müşayiət olunur. Bu baxımdan Azərbaycan ordusunun dünyanın inkişaf etmiş silahlı qüvvələrindən biri sayılan Türkiyə, həmçinin iştirakçı olan digər ölkələrin hərbi birləşmələri ilə birlikdə təlimə başlaması şəxsi heyətimiz üçün çox əhəmiyyətlidir".
Ekspertin sözlərinə görə, Hərbi Hava Qüvvələrinin bu təlimdə iştirakı pilotlarımızın və texniki heyətin bacarıqlarının artırılmasına xidmət edəcək:
"Biz bilirik ki, artıq dünyada müharibələrin təyinatı dəyişib və hərbi aviasiya vasitələrinə ehtiyac artıb. Düzdür, yerüstü əməliyyatlar vacibdir.
Amma aviasiya əməliyyatlarının önəmi də çoxdur. Bu baxımdan düşünürəm ki, HHQ-nin təlimlərdə iştirakı, NATO standartlarında olan döyüş-aviasiya vasitələri ilə tanışlıq və prosesi yaxından izləyərək texnika barəsində məlumat əldə etmək konteksindən çox vacibdir.
Çünki Azərbaycan hələ öz müharibəsini bitirməyib və ordumuz daim ayıq-sayıq, güclü, peşakar olmaq məcburiyyətindədir. Xüsusilə də HHQ sahəsində. Bu baxımdan istənilən belə təlimlərda iştirakımıza ehtiyac var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya