
Politoloq: Bu ilin sonuna kimi sülh müqaviləsinin imzalanması real görünmür
11:20 23.11.2024
Aktual
563
Ermənistanın baş naziri Nikol Paşinyan erməni İctimai televiziyasına müsahibəsində deyib ki, Azərbaycanla danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər var.
O, ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün hər şeyi edəcəyini bildirib.
Açıqlamanı"Sherg.az"a şərh edən Politoloq Sultan Zahidov bildirib ki, Paşinyanın bu bəyanatı təəccüb doğurmamalıdır:

"Çünki əvvəllər də Paşinyan Ermənistanın sülhə maraqlı olduğunu göstərmək üçün belə açıqlamalar verib. Lakin əfsus ki, biz sülh prosesində Ermənistanın sürətli addımlar atdığını şahidi olmadıq. Xatırladaq ki, 16 maddəlik sülh müqaviləsi layihəsinin 3 maddəsinin müqavilədən çıxarmağı rəsmi İrəvan təklif edib. Belə olan halda bu natamam sülh sazişi olacaqdı və rəsmi Bakı bununla razı deyil. Çünki çıxarılması təklif edilən bu maddələrdə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı hər iki tərəfində çağırış etməsi, Konstitusiyada dəyişiklik edəcəyi ilə bağlı Ermənistanın öhdəlik götürməsi kimi Azərbaycan üçün vacib əhəmiyyət kəsb edən məsələlər var idi. Hesab edirəm ki, bu da Ermənistanın sülh niyyətlərini şübhə altına salmaqdadır. Çünki Ermənistanın götürməli olduğu bəzi öhdəliklər var ki, onlar olmasa, sülhün imzalanması müşkül məsələdir. Əlbəttəki 16 maddəlik sülh sazişi layihəsinin 13 maddəsinin razılaşdırılıbsa, bu müqavilənin imzalanmasında irəliləyişlərin olduğunu göstərir. Bunu istisna etmək olmaz. Lakin prosesin yekunlaşması üçün yalnız belə açıqlamalar yox, real addımlar görməliyik".
Ekspert qeyd edib ki, bu ilin sonuna kimi sülh müqaviləsinin imzalanması real görünmür:
"Çünki bu ilin sonuna kimi Ermənistanın konstitusiya da dəyişiklik edilməsi gözlənilmir. Amma hesab edirəm ki, tərəflər arasında sülh müqaviləsi imzalanmasa da, müəyyən baza prinsipləri haqqında razılıq imzalana bilər. Bu baza prinsiplərinə qarşılıqlı olaraq ərazi bütövlüyün tanınması, bir-birinə qarşı gücdən istifadə etməməsi kimi məsələlər daxil ola bilər. Lakin bunun üçün də Ermənistanın iradə nümayiş etdirməsi vacibdir".
Yusif Sultanoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm