"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Kreml sahibi sonuncu cümləsində özü də etiraf edib ki, bölgədə mürəkkəb geosiyasi vəziyyət mövcuddur:
"Putin İranla Azərbaycan arasındakı gərgin münasibətin fərqindədir" - ŞƏRH
14:46 19.03.2023
Aktual
651
"Bu şərtlər altında Şimal-Cənub nəqliyyat dəhlizinin perspektivi dumanlıdır"
Rusiya prezidenti Vladimir Putin martın16-da Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında çıxışı zamanı Dağıstan-Azərbaycan-İran yolunun tikintisini tezləşdirməyi təklif edib. Kreml sahibi Dağıstan-Azərbaycan-İran yolunun tikintisini sürətləndirməyi və maliyyə mənbələrini dəqiqləşdirməyi tapşırıb. Onun sözlərinə görə, Şimal-Cənub dəhlizi kimi, bu yola da hər zaman ehtiyac olacaq. Putin vurğulayıb ki, mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, yolun inşasına bütün tərəflər razılıq verib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Kreml sahibi sonuncu cümləsində özü də etiraf edib ki, bölgədə mürəkkəb geosiyasi vəziyyət mövcuddur:
"Putin bunu deyərkən hər halda İranla Azərbaycan arasındakı gərgin münasibətləri də nəzərdə tutub. Əlbəttə, Azərbaycan müxtəlif regional layihələrin reallaşmasında maraqlıdır, Şimal-Cənub nəqliyyat dəhlizi də bölgədəki çəkimizi artıra bilər. Ancaq bu layihəni reallaşdırmadan əvvəl İran Azərbaycanla bağlı siyasətini korrektə etməli, təxribatlardan əl çəkməlidir. Şimal-Cənub nəqliyyat dəhlizi Qərbin sərt sanksiyalarından əziyyət çəkən Rusiya və İran üçün əhəmiyyətlidir. Belədirsə, hər iki dövlət Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Ancaq Rusiya bölgədə erməni separatizmini bəsləyir, İran isə həm bunu edir, həm də Zəngəzur dəhlizinin açılmasını əngəlləməyə çalışır. Bu şərtlər altında Şimal-Cənub nəqliyyat dəhlizinin perspektivi dumanlıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol
Azərbaycan lideri Trinidad və Tobaqo Prezidentini təbrik edib
11:15 31.08.2026
Gündəm