
“Rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”
Yusif Nəzərli
14:27 01.09.2022
Aktual
555
“Lakin təəssüf ki, Ermənistan hazırki zamana qədər lazımi davranışlar sərgiləməyib”
“Bunun üçün Aİ Şurası Rusiyadan fərqli olaraq, rəsmi İrəvana daha sərt və praktiki təzyiqlər edəcək"
Avqustun 31-də Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Ş.Mişel arasında görüş keçirilib. Danışıqlar zamanı bir sıra konkret nəticələrə nail olunub. Tərəflər Xarici İşlər Nazirliyi xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olunub. İmzalanmış yeni sənəddə nə Qarabağ məsələsi, nə də ATƏT-in Minsk Qrupu qeyd edilib.
Bu da Minsk Qrupunun formatının öz qüvvəsini itirdiyi anlamına gəlir. Görünən odur ki, bundan sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində əsas vasitəçi Aİ olacaq. Eyni zamanda sülh müqaviləsi rəsmi Bakının irəli sürdüyü və rəsmi İrəvanın qəbul etdiyi məlum beş prinsip əsasında qurulacaq.

Görüş barədə "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib ki, Brüssel görüşündə bundan əvvəl alınan qərarların davamı olaraq, mühüm addımlar atılıb:
"Ən önəmlisi Azərbaycan və Ermənistan arasında sülh məsələsi ilə bağlı danışıqların konkret bir məcraya keçməsində ortaq razılığın əldə olunmasıdır. Nəzərə almaq lazımdır ki, yaxın zamanlarda məhz ötən Brüssel görüşünün nəticələrinə uyğun, Azərbaycan və Ermənistan XİN başçılarının sülhlə bağlı danışıqlar aparacağı gözlənilir.
Digər bir vacib məsələsi delimitasiya və demarkasiya işlərin sürətləndirilməsi barədə qərarlardır. Artıq delimitasiya üzrə Dövlət Komissiyasının da sonrakı görüşlərinin təkcə Moskvada deyil, Brüsseldə də gerçəkləşəcəyi vurğulanıb.
Eyni zamanda minalanmış ərazilərlə bağlı, həmçinin Birinci Qarabağ müharibəsində əsr və itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi problemləri var. Avropa İttifaqı bundan əvvəl keçirilən üç Brüssel görüşündə də sözügedən məsələni Ermənistana şərt kimi qoydu.
Rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Lakin təəssüf ki, Ermənistan hazırki zamana qədər lazımi davranışlar sərgiləməyib. Ümid edirəm ki, növbəti görüşdən sonra bu konktekstdə Ermənistan çevik və sürətli addımlar atacaq. Bunun üçün Aİ Şurası Rusiyadan fərqli olaraq, rəsmi İrəvana daha sərt və praktiki təzyiqlər edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə