
Sərhəddə gərginlik! – “Bu fonda xüsusi təyinatlılar əməliyyatlara...”
Yusif Nəzərli
11:35 22.02.2023
Aktual
455
Dünən Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlimə star verilib. Bu barədə Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, şiddətli soyuqlarda döyüş əməliyyatlarını və xilasetmə tədbirlərini yüksək peşəkarlıqla aparmaq, komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə təlimə cəlb edilmiş bölmələrlə məşqlər keçirilib. Məşqlər zamanı keçirilən praktiki məşğələlərdə yüksək dağlıq ərazilərdə donvurma zamanı görülən təxirəsalınmaz tədbirlər, kəskin relyefli ərazilərdə sərt iqlim şəraitində ilk tibbi yardımın göstərilməsi və yaralıların döyüş meydanından təhlükəsiz şəkildə təxliyə edilməsi qaydaları şəxsi heyətə çatdırılıb.
Qarlı-şaxtalı şəraitdə şəxsi heyətin xizək sürmə vərdişlərinin, hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma bacarıqlarının təkmilləşdirildiyi təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Təlimləri "Sherg.az"a dəyərləndirən hərbi ekspert Elxan Şıxəliyev qeyd edib ki, bu tədbir Ümumqoşun ordunun komandanı tərəfindən ilin əvvəlində təsdiq olunmuş 6 aylıq plana əsasən həyata keçirilir:
"Təlimlər hava şərtlərinə uyğunlaşdırılaraq, dağ şəraitində keçirilir. Bu əsasən Xüsusi təyinatlı qüvvələrin hazırlığının növbəti döyüş mərhələsinə keçirilməsinə hesablanıb. Digər tərəfdən təlimlərin baş tutduğu zamanda hansısa fors-major vəziyyət yaranarsa, xüsusən sərhəddə baş vermiş gərginlik fonunda xüsusi təyinatlı qüvvələr istənilən əməliyyatlara cəlb oluna bilər.
Amma düşünürəm ki, indiki mərhələdə təlimlərin keçirilməsi atəşkəsin pozulması ilə əlaqədar deyil. Çünki təlimlər sərhədlərimizdə baş verən gərginlikdən öncə başlayıb. Həmçinin təlimlər ən azı 3 gün- bir həftə davam etdirilir. Yəni bu komandanlıq tərəfindən ilin əvvəlində planlaşdırılmış hadisədir.
Ümumiyyətlə təmas vəziyyətdə hansısa əməliyyatlara cəlb etmə ehtiyacı yaransa, xüsusi təyinatlı qüvvələr tək orada yox, bütün cəbhə boyu əməliyyatlara qoşula bilərlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm
Zaxarova Xəzər dənizində müharibə xəbərdarlığı etdi
13:30 23.04.2026
Gündəm
Nino Tsilosani: Gürcüstan müharibə ilə hədələnir
13:19 23.04.2026
Region
Kobaxidze istefası ilə bağlı xəbərləri şərh edib
12:53 23.04.2026
Region
Türkiyə nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə olub
12:42 23.04.2026
Gündəm
TƏBİB kadr dəyişiklikləri ilə bağlı açıqlama yayıb
12:39 23.04.2026
Aktual
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib
12:34 23.04.2026
Şou
İran Azərbaycana çağırış etdi
12:26 23.04.2026
Region