
SOCAR-a qarşı çirkab kampaniyası: Ukraynanın davranışı "öz ayağını baltalamaq"dan başqa bir şey deyil
10:00 26.08.2024
Aktual
572
“Ukraynada Azərbaycan əleyhinə aparılan çirkin kampaniya xoş hadisə deyil. Çünki Azərbaycan Ukraynaya ən çox dəstək verən, hümanitar yardım göstərən ölkələrdən biridir”
Bu fikirləri “Sherg.az”a Rusiya Prezidentinin Azərbaycana səfəri və SOCAR-ın Qazpromla razılaşmasından sonra Ukrayna mediası və sosial şəbəkələrində Azərbaycana və SOCAR-a qarşı çirkin kampaniyanın başladılması ilə bağlı açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.
O söyləyib ki, Ukraynada SOCAR-a qarşı olan davranış qəbuledilməzdir:

“Xüsusilə nəzərə almaq lazımdır ki, Ukraynanın müttəfiq münasibətində olduğu bir çox ölkələrin Rusiya və Qazpromla əlaqələri var. Niyə Ukrayna həmin ölkələrə deyil, Azərbaycana etiraz edir? Eyni zamanda Ukrayna savaşdan əvvəl Rusiyanın Qazprom şirkətiylə ən çox əməkdaşlıq edən ölkələrin başında gəlirdi. Yəni Rusiyadan ən çox qaz götürən ölkə olub. Ukraynanın bir çox siyasətçisi bu məsələlərlə məşğul olub, hətta rəsmi Kiyevdə bununla bağlı korrupsiya qalmaqalı da yaşanıb. Keçmiş Baş nazir Yuliya Timoşenkonun başına gələn hadisələri nəzərdə tuturam. Bu hadisələrə görə Ukrayna başa düşməlidir ki, Azərbaycana qarşı olan münasibət qərəzlidir və xoş hal deyil”.
Ekspert qeyd edib ki, indiki halda Azərbaycan ilə münasibətləri pisləşdirmək Ukraynaya yaxşı heç nə vəd etməyəcək:
“Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri və əldə olunan razılaşmalar iki ölkə arasındakı münasibətləri özündə ehtiva edir. Azərbaycanın Ukraynaya qarşı münasibətində dəyişikliklər yoxdur. Həmçinin, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və lazımi formada hümanitar dəstəyini əsirgəmir. Belə olan halda Ukraynanın etdiyi davranış "öz ayağını baltalamaq"dan başqa bir şey deyil. Çox təəssüflər olsun ki, Kiyev rəhbərliyində təmsil olunan şəxslər arasında özünün korporativ maraqlarını Ukraynanın milli maraqlarından üstün tutan xeyli insanlar var. Həmin şəxslər Ukraynanı uçuruma aparırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm