STM sədri beynəlxalq media nümayəndələri ilə görüşüb - FOTO
Yusif Nəzərli
10:51 01.09.2022
Aktual
661
Sosial Tədqiqatlar Mərkəzində BMT-də akkreditə olunan xarici KİV nümayəndələriilə görüş keçirilib.
Görüşdə 44 günlük Vətən müharibəsində qələbəmiz, ərazilərimizin işğaldan azad olunması, müharibədən sonrakı dövr, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşdırılması ilə bağlı həyata keçirilən proses, erməni vandalizminin izləri, insan haqları və digər mövzulara toxunulub.
STM-in İdarə Heyətinin sədri Zahid Oruc xarici jurnalistləri salamlayıb və onları Sosial Tədqiqatlar Mərkəzinin binasında görməkdən məmnunluğunu ifadə edib. O, qürurla vurğulayıb ki, iki il əvvələ qədər bu cür görüşlərin mövzusu işğalla bağlı olurdusa, hazırda azad olunan torpaqlarla bağlıdır və bu bizim üçün mənəvi məsələ olmaqla yanaşı, həm də siyasi, tarixi məna daşıyır.
O qeyd edib ki, 30 ildə ölkə olaraq iki dəfə müharibəyə çəkilmişik, ancaq bu iki müharibədə itkilərimiz və itkinlərimiz fərqli olub: “İkinci Qarabağ müharibəsində şəhid və itkin sayımız ona görə az oldu ki, biz müharibənin böyük hissəsini səmada apardıq.
30 Avqust Beynəlxalq İtkinlər Günüdür. Təəssüflər olsun ki, Azərbaycan 30 il ərzində 4000 itkin düşən şəxs barədə Ermənistandan heç bir cavab ala bilməyib. Əvəzində biz cavabı torpağın altından alırıq. Azad olunmuş ərazilərimizdə kütləvi məzarlıqlar aşkarlanır”.
Zahid Oruc vurğulayıb ki, Azərbaycan prezidenti 44 günlük Vətən Müharibəsində qələbəmizi diplomatik masaya daşıyıb onu tamamlamağı hədəfləyir, sülh müqaviləsi imzalansa, kommunikasiyalar, sərhədlər açılacaq. Obildirib ki, Azərbaycan xalqı nifrətlə yaşamır, ancaq sərhədlər açılsa belə, xalqımız itkinlərə, əsirlərə qarşı qəddarlıq göstərən hərbi cinayətkarları bağışlamayacaq.
Daha sonra xarici media nümayəndələri Qarabağ zəfəri ilə bağlı təbriklərini bildirib, Mərkəz sədri Zahid Oruca suallar ünvanlayıblar.
Suallar ətrafında danışan STM sədri qeyd edib ki, Ermənistan 30 il ərzində müharibəyə dini xarakter verməyə çalışıb, eyni zamanda, İkinci Qarabağ müharibəsini beynəlxalq müharibəyə çevirmək istəyib:
“Biz ona görə qalib gəldik ki, müharibənin beynəlxalq səviyyəyə keçməsinin qarşısını aldıq. Türkiyə bu baxımdan Azərbaycana əvəzsiz siyasi dəstəyini göstərdi”.
Ermənistanın ərazilərimizi minalarla çirkləndirməsinə də toxunan Zahid Oruc bildirib ki, onlar özləri də öz basdırdıqları minalarda partlayırlar, öz əkdiklərini biçirlər.
Erməni terrorundan danışan Z. Oruc bildirib ki, Azərbaycan xalqı heç vaxt terror qruplaşması yaratmayıb, Ermənistanın isə terror uzun müddət dövlət siyasəti olub:
“Ermənilər İkinci Qarabağ müharibəsi barədə danışanda bir kəlmə belə soyqırım barədə danışmırlar. Çünki Azərbaycan ordusu erməni xalqını hədəfə almayıb. Biz terrorçu və hərbi cinayətkarlarla xalqı ayırırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə